Bakı Mühəndislik Universitetinin rektoru professor Havar Məmmədov Böyük Britaniyanın “British Council” təşkilatının nümayəndələri ilə görüşüb.
Görüşdə rektor ali təhsil müəssisəsinin fəaliyyəti, o cümlədən universitetin akademik mühiti, tədris prosesinin səmərəli və müasir tələblərə uyğun təşkili, ingilis dilinə üstünlük verən tədris sisteminin mövcudluğu haqda qonaqları məlumatlandırıb.
Təhsilin məzmun və keyfiyyət baxımından təkmilləşdirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində universitetin bir çox qabaqcıl Avropa, Rusiya, Koreya, Türkiyə və s. ölkələrin ali təhsil müəssisələri və beynəlxalq təşkilatlarla qurduğu əlaqələr, bu çərçivədə müxtəlif mübadilə proqramları vasitəsi ilə icra olunan layihələrdən söz açan H.Məmmədov “British Council” ilə əməkdaşlığın yaradılması və inkişaf etdirilməsini yüksək dəyərləndirib.
Sonra “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva təmsil etdiyi qurumun fəaliyyəti haqda rektora ətraflı məlumat verib. Qeyd edib ki, 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərən və iki ölkə arasında dostluq platforması rolunu oynayan təşkilatın hədəfi təhsil liderləri, yeni tərəfdaşlarla əməkdaşlığın inkişafı, Böyük Britaniyanın müsbət təcrübələrini paylaşmaqla, təhsil sahəsinə töhfə verməkdir. N.Hacıyeva bildirib ki, təşkilatın ölkəmizdəki fəaliyyəti dövründə təhsil sistemində ingilis dilinin tədrisi standartları, təhsil islahatları ilə bağlı reallaşdırdığı layihələrə hər il minlərlə tələbə, müəllim, akademik, tədqiqatçı və s. mütəxəssislər cəlb olunur.
Təşkilatın İmtahanlar üzrə meneceri Nərgiz Əkbərova isə “British Council” tərəfindən icra olunan layihələri diqqətə çatdırıb.
Görüşdə BMU ilə “British Council” arasında gələcək əməkdaşlıq istiqamətində geniş fikir mübadiləsi aparılıb.
Tehsil-press.az