Nümunəvi iş adamı yaxud biznesdə uğur formulunun qurucusu

Nümunəvi iş adamı yaxud biznesdə  uğur formulunun qurucusu Hər hansısa bir məqsədə çatmaq üçün komanda üzvləri öz biliklərini, səylərini, işlərini səfərbər etməlidirlər. Səfərbər olunmuş gücləri isə komanda daxilində bir nəfər tənzimləməlidir. Həmin şəxs “Lider” adlanır. Amma hər liderdə liderlik bacarıqları , əfsuslar olsun ki, olmur.
Liderlik- komanda üzvlərinə göstəriş verməklə bərabər lazım olduqda praktiki olaraq işi izah etmək, iş bölgüsündə ədalətli olmaq və öz öhdəliyinə də müəyyən işləri götürməkdir.
Bu yazımzda da artıq illərdir Azərbaycanda əsl biznes mühitini formalaşdırmağa nail olmuş, tanınmış iş adamı, sanballı sahibkar, Minera Şirkətlər Qrupunun rəhbəri, uğur formulunun yaradıcısı, liderlik statusu qazanan Xudu Rzayev haqqında,onun liderlik xüsusiyyətləri, iş prinsipi, komandanı arxasınca aparmaq bacarığı,kollektivdə inam ruhunu yartması, onu daim yüksəkdə tutmaq peşəkarlığı, insanlarla həssas davranmaq, onlara sosial stimul vetmək səciyyəsi,həyatda qalmaq, yaşamaq, itmiş inamı geriyə qaytarmaq hissini göstərdiyi dəstəklə yenidən qaznmaq marağından söz açamağa çalışacağıq.
Doğurdan da, yaxşı lider hər zaman komandanın zəif tərəflərini öyrənməli və onları aradan qaldırmaqda 1 nömrəli yardımçı olmalıdır. İşçilərin səhvlərini deməli və öz səhvlərini işçilərin dilindən eşitməlidir. İşçilər liderdən qorxmamalı, əksinə ona güvənib hörmət etməlidirlər.
Xudu Rzayev,-məhz bu tip liderlik xüsusiyyətinin daşıyıcılığını özündə ehtiva edən və bu ampulada ştrix, detallara xas sahibkar statusu qazanmış,mükəmməl biznes komandası qurmuş intizamlı insandır.
Bunlardan savayı, həmçinin lider ünsiyyətcil, öyrənməyə meylli olmalıdır ki, onun rəhbərlik etdiyi insanlar da onun kimi olsun. Çünki, pis liderin başçılığı altında fəaliyyət göstərənlər ya gələcəkdə onun kimi lider olurlar, ya da işlərində məhsuldarlığları aşağı düşür.
Xudu Rzayevin iş prinsipini, biznesə açıq düşüncə sərgiləməsini düz və iti baxış bucaqlarının pizmasından təhlil etdikdə, onun yaradıcı və qurucu ruhu yalnız sağlam mühitin formalaşması nəticəsondə qazanılacaq uğurun əldə edilməsinə insanı motivaaiya etməyi bacarlr.
Bu müsbət tendensiv stimul, artıq onun qurduğu işin bu günki səmərəliyindən söz açmaq üçün açar rolunu oynmağa da fürsət verir.
Bəzən insanlar müdirlə liderin eyni məna kəsb etdiyini zənn edir. Əksinə olaraq şəkildə göründüyü kimi liderlə müdir arasında kifayət qədər fərq var. Əsl lider komandasının bələdçisi olmalı və bu yolda işçiləri qədər əziyyət çəkməlidir.
Xudu Rzayev,- komandasına lider olmaq xüsusiyyətinə ilk öncə özünə aşılayan, ardınca da komandasında bu imici yaratmış şəxsiyyətdir.
Müdiri yalnız nəticənin maraqlandırmasına baxmayaraq, lider üçün təkcə nəticə deyil, ona gedən yol da önəm kəsb edir.
Minera Şirkətlər Qrupunun rəhbəri Xudu Rzayev, artıq liderlik statusunu qazanmaqla Azərbaycanın biznes mühitinə yeni nəfəsi gətirmiş, bu təcrübə və peşəkarlıq nümunəsinin üslubunu brend kimi formalaşdırmiş ən üst qatda dayqnmağı əldə etmiş işgüzar iyerxiyanın insanıdır.
Əlbəttə, birdəki yaxşı liderlik ümumi nailiyyət üçün ən əsas vasitədir,-tezisini də bu gəzişməmizə tezis seçsək, bu zaman sonrakı təhlili düşüncələrimizdə haqqında söz açdığımız bu biznes adamının daha uyğun, daha doğru portertini cızmaq üçün ,rəng palitrasına əlavə edəcəyimiz həqiqəf, bu tezislə ekvivalent olmağa çox meyillənir.
Minera Şirkətlər Qrupunda artıq bu ənənənin əsası Xudu Rzayev tərəfindın təməl daşı kimi atılmışdır və bu özülün üzərində Miner Şirkətlər Qrupu adlı bir Azırbaycan brendi yaradılmışdır.
Yaxşı liderin səciyyəci xüsusiyyətlırindən birincisi əlbəttə, əvvəl özünü tanımasıdır.
Beləki, lider daxili emosional vəziyyəti barədə gizli biliyə malik olur. Güclü və zəif tərəflərini bilir.Nə zaman axarında işlədiyini və nə zaman işlə həddən artıq yükləndiyindən xəbər tutur.
Maksimum potensiala çatmağa təkan verəcək imkanlarını və çatışmazlıqlarını da daxil olaraq özünü tanıyır.
İş adamı Xudu Rzayev da, bu keyfiyyətlərə sahib liderlik xarizması ilə seçilən güclü fiqurdur.
O həmçinin özünü idarəetmə qabiliyyəti ilə də seçilən insan təsiri yaradır; yəni, güclü və effektiv yolla özünü idarə edə bilmək xüsusiyyətini daxili inamı iıə aşılamağı bacarnaq, məqsədə necə nail olmaq, tapşırıqları necə formalaşdırmaq və ləngimələri necə aradan götürmək lazım olduğunu bilmək intuisyasına malik olmaq, yeni layihələr üçün necə enerji yaratmaq və qəzəbləndiyi zaman özünü necə sakitləşdirməyi bilir.
Lazım olduğunda tez qərar verə, lakin masa arxasında bütün seçimləri tələsmədən müzakirə edə bilmək formulunun məntiqi həllini çözmək qabiliyyıtini də bu kateqoriyaya aid etmək lap yerinı düşəndir.
Xudu Rzayev haqqındakı növbəti təhlillərimiz zamanı ən önəmlilərindən, biri də onub özündən daha böyük olan hədəfə doğru çalışmasıdır.
Bu amil Xudu müəllimin komandasnın uğuru kimi kiçik,lakin dünya sülhünə nail olmaq kimi böyük görmə ola bilər.
Çünki, gələcəyə istiqamətlənərək çalışmaq, şəxsi maraqlar uğrunda çalışmaqdan daha ruhlandırıcıdır.
Bu proqram, Xudu Rzayev və onun komandasının əsas baza prinsipi, uğura doğru bütöv, tam, komanda halında getməsi üçün güclü, dayanıqlı dayaq formasının şəkillənən məzmun səciyyəsi kimi də qiymətləndiriləndir.
O, həm də uğur qazanmaq yolunda motivasiya etmək bacarığını komandasına aşılayan üstün liderdir.
Liderlər insanlara nəyi etməli olduqlarını deyərək rəhbərlik etməməlidirlər. Əvəzində liderlər insanların onlara kömək etməyi istəmələrinə səbəb olmalıdırlar.
Bunun əsas hissəsi başqalarına yardım etmək üçün şəxsi istəkləri təkmilləşdirməkdir. Başqaları onlara kömək etmək istədiyini düşündükdə onlar da öz növbəsində yardım edəcək düşüncəsibi axıra kimi qoruyub saxlamaq istəyidir.
Bu amili Xudu Rzayev artıq, daxili aləmində illərdir motivasiya yolu ilə emal edərək, doğru məqsədlərə yönləndirir
Bu səciyyəvi cəhətlərin çoxu emosional zəka ilə birbaşa bağlıdır. Yüksək emosional zəkaya malik liderlər təbii olaraq, daha çox özlərindən agah olurlar. Onlar zehni proseslərini dərk edir və özlərini necə idarə etməli olduqlarını bilirlər. Onlar həvəsində olduqları ilə daha çox təmasda olurlar. Bütün bunlatla paralel, liderlik xarizması və emosianal zəka sahibləri başqalarının qayğısına daha çox qalır, qarşılğında da daha çox şəfqət alırlar. Bu kateqoriyadan olanlar daha sosialdırlar.İmkanlarını paylaşmaq, zəif kəsimə daim diqqət göstərmək, onlarla mütamadi təmasda olmaq duyğusu, gələcəkdə bu işdən aldıqları zövqün və daxili rahatlığın müqabilində zəkalarındakı qloballığı, daha yüksək ideallar uğrinda addım atmaqlarına təkan verən detallara dönür.
Xudu müəllim indicə sadaladığımız incə ştrixlərin radisu boyunca, liderlik etdiyi biznes mühitinin seqmentini aldığı şəfqət doku enerji ilə daha mükəmməl layihələrin gerçəkləşməsi üçün fürsət tapmış olur.
Həm də liderlik bacarıqlarını daha da artırnaq üçün sonrakı etaplara doğru inamla addımlayır.
Aşağıda qeyd edəcəyimiz 11 bacarıq testi mükəmməl liderlik üçün önəmli şərtlərdəndir.
Göstərəcəklərimiz isə, bütünlüklə hamsı sahibkar lider Xudu Rzayevin bütün səciyyəvi xüsusiyyətləri ilə üzt üstə düşəndir:

1. İstəkləri və xarakterləri bilmək
Lider öz xarakterini və istəkllərinə əmin olmalıdır. Eyni zamanda onunla fəaliyyət göstərən şəxslər haqqında ətraflı məlumatlı olmalısınız. Onun istəklərini, məqsədini və xarakterini dəqiq anladıqda bu sizin işçilərlə münasibətin düzgün qurulmasına, hər bir şəxsə indivudal yanaşaraq onu inkişaf etdirmənizə və fəaliyyətinizi planlayarkən işçiləri düzgün fəaliyyətə istiqamətləndirmənizə kömək olacaq.

2. Resursları tanıımaq və istifadə etmək
Resurslara fəaliyyəti uğurla davam etdirmək üçün lazım olan hər şeyi daxil etmək olar. Ən başlıcası isə insanlardır. Cünki insanlar müəyyən bacarıq və bilik sahibləridir və onları bacarıqlarına uyğun sahəyə yönəltmək lazımdır. İşciləri öz bacarıqlarına uyğun sahəyə yönəltməklə həm onların həmin işə olan maraqlarınını artırmış oluruq və eyni zamanda onların bu sahədə təcrübələri artır və bacarıqları daha da çox inkişaf edir.

3. Komunikasiya
Mümkün qədər çox məlumat əldə etməklə öz bacarıqlarını inkişaf etdirmək, hər zaman diqqətlə dinləmək,qarşı tərəfi başa düşmədikdə mütləq suallar vermə, hər hansısa məlumat çatdırdıqda, danışığa başlamadan öncə hər kəsin sizi dinləməyə hazır olduğuna əmin olmaq, aramla və aydın şəkildə danışmaq, Diqoramlardan istifadə etmək, dinləyicilərdən özlərində qeyd götürmələrini istəmək, Onalrın sizi tam başa düdüklərindən əmin olun. Onları sual verməyə həvəsləndirmək və s.

4. Planlaşdırına
Planlaşdırma tapşırıqların yerinə yetirilməsində ən vacib məsələdir. Bunun üçün tapşırıqları, məqsədləri, alternativləri, resursları hesaba alımaq, qərarlar qəbul etmək, bütün seçimləri düzgün qiymətləndirmək,planı ümüumilikdə icra etmək və qiymətləndirmək .

5. Heyətin fəaliyyətini nəzarətdə saxlamaq
Lider heyyət üzvülərinin bütün fəaliyyətini nəzarətdə saxlamalı və onlara təsir etməlidir. Komandanın öz məqsədinə çatması üçün onların birgə fəaliyyəti şərtidir və komanda daxilində fikir ayrıseçkiliyinin, qruplaşmanın olmaması üçün onların bütün fəaliyyətini yaxından izləməli və məqsədə catmaq üçün onlara müsbət təsir etməlidir.
Davamlı olaraq onların fəaliyyətini müşahidə etməli, nə baş verdiyindən xəbərdar olmalı və bütün məsələlərə öz münasibətinizi bildirməlidir.

6. Dəyərləndirmə
Dəyərləndirmə komandanın birgə performansının ölçüsünün artmasına kömək edir, dəyərləndirmə zamanı onların peformanslarının inkişaf etdirilməsinə müxtəlif yollar təklif edilir. Hər hansı fəaliyyətin sonunda bu suallar cavablandırılmalıdır:
Tapşırıq yerinə yetirildimi?
Tapşırıq yerinə düzgün yetirildimi?
Tapşırıq yerinə vaxtında yetirildimi?
Komandanın birgə fəaliyyətinin üstün və ya catışmayan cəhədləri oldumu?
Komanda üzvüləri birgə fəaliyyətdən məmundurlarmı?
Komanda konfliktləri həll edə bilirmi?

7. Nümunəvilik
Nümunəvilik hardasa ən vacib liderlik bacarığıdır. Heyyətə necə davranmalarını göstərən ən effektli üsuldur. Bu bacarıq olmadan diger bacarıqlar demek olar ki faydasızdır. Nümunə olmaq üçün bir əsas yol odur ki lider komanda üzvü kimi özünü hiss edir və liderin nece olmasını istədiyni müəyyənləşdirir.

8. Liderliyi paylaşma
Digər qrup rəhbərlərinə də öz bacarıqlarına uyğun səlahiyyətlər verin. Bütün təkliflərə daim açıq olun. Uyğun təklifləri dəyərləndirin. Bütün hakimiyyəti yalnız öz əlində saxlamayır. Qrup rəhbərlərinə qərar qəbul etmələi üçün imkan verir.

9. Tövsiyə
İnsanlara problemlərini həll etməsi üçün kömək göstərməli, lazımı zamanda onları həvəsləndirməli,ruhlandırıcı və ya sakitləşdirici növ seçməli, insanlar qərar verməkdə çətinlik çəkdikləri zaman, seçim alternativləri olmaqdıqları zaman və s hallarda liderin tövsiyələri çox effektli ola bilər.
Necə tövsiyə etməli?-Öncəliklə situasiyanı dəqiqliklə başa düşmək, diqqətlə dinləmək, ümumiləşdirərək faktları yoxlamaq lazımdır. Faydalı və faydasız seçimləri ayırd eyməklə,daha sonra imkan yaradıb həlli şəxs özü qərarlaşdırmasına kömək etməyə fürsət yaratmaqdır. Çünki, tövsiyə həvəsləndirmək və məlumat ötürməkdir, məsləhət vermək deyil.

10. Qrup təmsili
Qrupumüxtəlif konfranslarda yığıncaqlarda təmsil etmək. qurupaüzv olmayanların fikirlər,i düşüncələri ilə tanış olmaq,uyğun zamanlarda qurupun və ya şəxsi qərarları çatdırmaq..

11. Effektli təlim
İşcilərin bilik və bacarıqlarını artırması, təkmilləşdirilməsi məqsədi ilə təlimlər, treyniqlər keçirməklə,hər kəsə öyrəndiklərini praktikada tədbiq etməsi üçün şərait yaradıb, bütün prosesləri qiymətləndirmək lazımdır.
Beləcə, hazırda ölkədə sahibkarlığın inkişafı istiqamətində yaradılan münbit biznes mühitinin əlçatanlığı baxımından, özəl sektorda nümunəvi, işgüzar, ağıllı iş adamlarımızın faydalı iş əmsalı ilə diqqətçəkən fəaliyyətləri okduqca ürəkaçan tendrnsiylarla müşahidə ediləndir.Elə haqqında danışdığımız mükəmməl iş adamı Xudu Rzayevvə onun rəhbərlik etdiyi Minera Şirkətlər Qrupunin uğurları,bütün dediklırimizlə üst üztə düşəndir.
İnanırıq, bundan sonra da bu tip işgüzar insanlarımz Azərbaycanda sahibkarlıq mühitinin daha da inkişaf etdirilməsinə öz töhfələrini verəcək, sağlam biznesin,rəqabətli sahibkarlğın davamlı sıçrayışı üçün ən uğur gətirən layihələrin getçəkləşməsinə addım atacqlar.
Çünki bu gün bu tendensiyanın mövcudluğuna ölkəmizin böyük ehtiyacı var.Hər şey inkişafla püxtələşir, vüsət tapır, ölkənin gələcək iqtisadi, sosial təşəkkülündə məzmun səciyyəsi ilə qiymətləndirilir

Tehsil-press.az Informasiya Agentliyinin
Təhlil qrupu




Oxşar xəbərlər