Türkiyənin Ali Təhsil Şurasının sədri Bakı Ali Neft Məktəbində olub

Türkiyənin Ali Təhsil Şurasının sədri Bakı Ali Neft Məktəbində olub Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndələri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olublar.

BANM-in rektoru Elmar Qasımov auditoriyaları gəzən, dərs prosesi ilə tanış olan qonaqlara buradakı müasir tədris şəraiti, tələbələr üçün yaradılan imkanlar, əldə edilən uğurlar barədə geniş məlumat verib.

Bakı Ali Neft Məktəbində yüksəkixtisaslı ingilisdilli peşəkar kadrlar hazırlandığını vurğulayan rektor BANM-in beynəlxalq əlaqələrinin də geniş olduğunu, həmçinin Türkiyə universitetləri ilə uğurlu əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvar Bakı Ali Neft Məktəbinin uğurlarını yüksək qiymətləndirib.

Qeyd edək ki, görüşdə İstanbul Texniki Universitetinin (İTU) rektoru İsmayıl Koyuncu, Orta Doğu Texniki Universitetinin rektoru Mustafa Verşan Kök, Hacettepe Universitetinin rektoru Mehmet Cahit Güran da iştirak ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər