Ali təhsil ocağının Magistratura və doktorantura mərkəzində keçirilən tədbirdə çıxış edən universitetn rektoru Elbrus İsayev 2018-ci il aprelin 9-da Prezident İlham Əliyevin cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında Sərəncamını diqqətə çatdırıb. Bildirilib ki, ölkə başçısı Azərbaycan elminin inkişafına, alimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, gələcəyin alimləri olan tələbələrimizin, magistrantlarımızın təhsil imkanlarının genişləndirilməsinə, Azərbaycan təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyasına yönəlmiş bir sıra addımlar atır. Bildirilib ki, universitetdə aktiv elmi tədqiqatla məşğul olan gənc tədqiqatçıların təşkilatlanması məqsədilə Magistratura və doktorantura mərkəzi, Gənc alimlər şurası və Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərir. Rektor universitetdə fəlsəfə doktorluğu və elmlər doktorluğu proqramları üzrə elmi dərəcəli kadr hazırlığının həyata keçirildiyini qeyd edib. Beynəlxalq Elmmetrik bazalara çıxış imkanının yaradıldığını qeyd edən Elbrus İsayev NDU-da fəaliyyət göstərən 110 professor-müəllim heyətinin Google Scholar bazasında elmi məqalələrinə istinad etmə sayının illər üzrə 2538 olduğunu bildirib. Vurğulanıb ki, bu bazada 110 əməkdaşın ümumi H indeksi 208-dir. Rektor qeyd edib ki, Google scholar bazasında i10 indeksi olan əməkdaş sayı 18 olub, onların ümumilikdə 55 məqaləsinə ən azı 10 dəfə istinad edilib. H indeksinə görə ölkəmizdə top 1000-də universitetimizin 14 əməkdaşı təmsil olunmaqdadır. Rektor universitet əməkdaşlarının 7 beynəlxalq layihədə iştirakı, patent və ixtiraları barədə məlumat verib. Elbrus İsayev elmi fəaliyyətlə məşğul olan hər kəsi təbrik edib, bu sahədə uğurlar arzu edərək elmin inkişafında, cəmiyyətin tələbatlarını ödəyə biləcək səviyyəyə gətirilməsində səylərini əsirgəməməyə çağırıb.
Elm və innovasiya məsələləri üzrə prorektor Elsevər Əsədov “Naxçıvan Dövlət Universitetinin elmi mühiti: mövcud vəziyyət və perspektivlər” adlı çıxışında müəllimlərin elmi fəaliyyətə görə qiymətləndirilməsində bu ildən etibarən differensial əməkhaqqının tətbiq olunduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, hazırda universitetdə 50 əməkdaş differensial əməkhaqqı sistemindən yararlanmaqdadır. Prorektor bildirib ki, professor-müəllim heyətinin bir çoxu beynəlxalq indeksli jurnalların redaksiya heyətinin üzvü, sahə redaktoru və ya hakimidir.
Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev “Böyük elmə gedən yol”, TEC sədri, doktorant Təbrizə Bağırova “Müasir elmi çağırışlar: doktorantura təhsilinin imkanları” mövzusunda məruzələr ediblər.
Tədbir AMEA-nın həqiqi üzvü, Əczaçılıq və biokimya kafedrasının professoru Taryel Talıbovun, Naxçıvan Dövlət Universitetinin məsləhətçi professoru İsmayıl Əliyevin, AMEA-nın müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin məsləhətçi professoru Hacıfəxrəddin Səfərlinin çıxışları ilə davam edib.
Sonda Naxçıvan Dövlət Universitetinin elmi mühitinin formalaşmasında səmərəli fəaliyyətinə görə bir qrup əməkdaşa təşəkkürnamə təqdim olunub.
Tehsil-press.az