Yaponiyanın Tokay Universitetinin saytı Naxçıvan Dövlət Universitetinin (NDU) nümayəndə heyətinin bu ali məktəbə səfəri barədə geniş məqalə yayıb.
Məqalədə NDU-nun rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyətinin cari il mayın 30-da Tokay Universitetinin Hiratsuka şəhərində yerləşən Şonan kampusuna gəlişi və burada qarşılıqlı əməkdaşlıq barədə müzakirələrin aparılması barədə ətraflı məlumat verilir. Qeyd edilir ki, Azərbaycan nümayəndə heyətinin tərkibində NDU-nun rektoru və iki şöbə müdiri ilə yanaşı, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, elektronika sahəsində tanınmış alim Xəlil Kələntər və AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri də olub. Yaponiya tərəfdən isə görüşdə Tokay Universitetinin Mexaniki mühəndislik sistemləri departamentinin rəhbəri, professor Yoşio Yamamoto, Optik Təsvir Elmləri və Texnologiyaları Departamentinin rəhbəri, professoru Şuiçi Maeda və digər professorlar iştirak ediblər.
Yazıda qeyd edilir ki, hər iki universitet haqda təqdimatlardan sonra qarşılıqlı əməkdaşlığın formalaşması və gələcək istiqamətləri ilə əlaqədar geniş fikir mübadiləsi aparılıb. Müzakirələrin nəticəsi olaraq NDU əməkdaşlarının bir tədris ili ucun Tokay Universitetində bu ali təhsil ocağının imkanları hesabına laboratoriya fəaliyyəti ilə məşğul olmaları, doktorantura sonrası (PosDoc) hər təqvim ilində azı 10 əməkdaşın qarşılıqlı mübadiləsi, mühəndislik sahəsində Tokay universitetinin təqaüdü ilə NDU-nun əməkdaşının bu ali məktəbdə doktorantura təhsili alması, Mikro-Nano Texnologiya Mərkəzinin NDU Texnoparkının dizaynında avadanlığın seçilməsi və coğrafi ehtiyacların müəyyənləşdirilməsinə dəstək göstərilməsi barədə razılıq əldə edilib.
Görüşdən sonra Tokay Universitetində fəaliyyət göstərən müxtəlif istiqamətli laboratoriyalar və kabinələrlə tanış olan qonaqlara, burada aparılan elmi tədqiqatların istiqamətləri, həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib. Nümayəndə heyəti Mikro-Nano Texnologiya Mərkəzinin Mikropartukulyar laboratoriyası, nano-tədqiqatlar laboratoriyası, biokimya laboratoriyası, mikrocisimlərin tədqiqatı laboratoriyası, nanomaterialların MR və rentgen laboratoriyası ilə tanış olublar. Qonaqlara bu laboratoriyalarda istifadə edilən avadanlıq, aparılan elmi-tədqiqatların istiqamətləri, gənc tədqiqatçıların yetişdirilməsi barədə də məlumatlar verilib. Nümayəndə heyəti universitetin tədris kompleksində dərs prosesini də izləyib.
Məqalədə qonaqpərvərliyə görə minnətdarlığını bildirən NDU-nun rektoru Elbrus İsayevin fikirlərinə də yer verilib: “Tokay Universiteti ilə tanışlıq və burada aparılan maraqlı elmi tədqiqat işləri barədə verilən ətraflı məlumata görə minnətdarlığımı bildirirəm. Düşünürəm ki, bu gün əldə edilən razılaşmalar iki universitet arasında həm təhsil, həm də elmi tədqiqatlar sahəsində əməkdaşlıq üçün geniş perspektivlər açacaq. Bu, hər iki ali təhsil ocağı üçün faydalı olacaq”.
Yazıda professor Şuiçi Maedanın sözlərinə də yer verilib: “Naxçıvan Dövlət Universitetinin rektoru Yaponiyada ali təhsil və elmi tədqiqatların təşkilinə böyük maraq göstərdi. Hiss olunur ki, onun rəhbərlik etdiyi universitet müasir tələbələrə cavab verən ali təhsil ocağına çevrilmək üçün islahatlara meyillidir və bu məqsədə çatmaq üçün dünya təcrübəsinin əldə edilməsinə böyük maraq göstərir. Yalnız Avropa ölkələrinin deyil, həmçinin Asiyanın, xüsusən də Yaponiyanın elmi təcrübəsindən faydalanmağa çalışır. Bu, bizim universitetlər arasında sıx əməkdaşlığın formalaşmasına mühüm təkan verəcək. Həmçinin xalqlarımızı da biri-birinə yaxınlaşdıracaq”.
Məqalədə qonaqların Tokay Universiteti ilə tanışlıq fotolarına da geniş yer verilib.
Tehsiı-press.az