
Son bir ildə onun sərvəti 8,1 milyard dollar artaraq 28,6 milyard dollara çatıb. "Forbes” qeyd edib ki, Ələkbərov tarixdə ilk dəfə reytinqə başçılıq edir. O, qlobal milyarderlər siyahısında 59-cu yerdədir.
Reytinqdə ikinci yeri "Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson tutub. Onun sərvəti 27,4 milyard dollar qiymətləndirilir. İlk üçlüyü 26,6 milyard dollarla Novolipetsk dəmir-polad zavodunun rəhbəri və ən böyük səhmdarı Vladimir Lisin qapayır.
Tehsil-press.az