Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılmasını təklif edib.
O bildirib ki, müasir dövrdə ali təhsilin rəqəmsallaşması və bununla bağlı ali təhsilin fəlsəfəsi, məzmunu və bütövlükdə inkişafında ciddi dəyişikliklərin baş verdiyini, Azərbaycanda yeni dövrün başladığını, yeni dövrün təhsilinə yeni baxışların formalaşdırılmasının vacibliyini, yeni dövrdə Azərbaycanın təhsil potensialının artırılmasının əhəmiyyətini və reallaşdırılmasının zəruriliyini, eləcə də xarici təcrübəni nəzərə alaraq, Azərbaycanda Ali Təhsilin İnkişafı üzrə Komissiyanın yaradılmasını təklif edir.
Təkliflə bağlı bir sıra ictimai şəxslərin fikirlərini öyrənib.
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa təklifə müsbət münasibət bildirib.
"Bu komissiyada təmsilçilik hansı formada olacaq, necə olacaq kimi bir çox suallar yaranır. Əgər bir statistik komissiya olacaqsa, onun qəbul elədiyi, müzakirə elədiyi məsələlərin də elə bir effekti olmaya bilər. Ona görə də əgər bu gün həqiqətə də təhsil sahəsində ciddi islahatlar düşünülürsə, bura daha çox müstəqil düşüncəli rektorlar, müstəqil baxışları olan təhsil ekspertləri daxil olmalıdır. Təbii ki, dövlət rəhbərliyi səviyyəsində də müəyyən status verilə bilər. Yeni layihələr hazırlanıb, təhsilin inkişafı istiqamətində dövlətin və cəmiyyətin üzərinə düşən problemlərlə bağlı təkliflər irəli sürülə bilər. Biz bunu görürük. Onsuzda təhsilin inkişafı adı ilə çox sayda qurum, fond, hansısa strukturlar var. Amma təhsil inkişaf etmir. Xüsusən də ali təhsil problemlərlə üz-üzədir. Ali təhsilin maddi texniki bazası imkan vermir ki, onu ayrı-ayrı universitetlər səviyyəsində təhsil inkişaf etsin”, - o qeyd edib.
Fazil Mustafa deyir ki, rektorun təşəbbüsü dəyərli, vacib təşəbbüsdür.
"Ancaq bunun doğru formatı tapılmalıdır ki, bu komissiyanın işinin effekti olsun. Sadəcə bu sahədə zaman itirilməsinə gətirib çıxarılacaqsa, bunun təhsilimizə xeyri olmayacaq. Biz təhsilimizi zaman itirmədən, təcili bir dəyişikliyin olması baxımında, yeni dövrə, yeni çağın tələblərinə, universitet modelinə uyğunlaşdırmaq istəyiriksə, bu təklifə ciddi yanaşmalıyıq".
Milli Məclisin deputatı Ceyhun Məmmədov deyir ki, ali təhsilin inkişafı ilə bağlı hansısa tədbirlər planının olması məqsədəuyğundur:
"Ola bilsin Ədalət müəllim bu istiqamətdəki tədbirlər planının bilir. Ona görə təklifi verib. Məncə, biz daha çox bununla bağlı strategiya və planlar üzərində işləməliyik. Bu istiqamətdə addımlar atılsa, yaxşı olar. Bundan sonra əgər ehtiyac varsa, komissiya yaradıla bilər. Bu gün reallıq bundadır ki, ali təhsildə bizim xeyli problemlərimiz var. O problemlər aradan qaldırılmalıdır. Əgər komissiyanın yaradılması bu məsələni həll edəcəksə, bu proses töhfə verə bilər".
Təklifə Azərbaycan İlahiyyat İnstitutunun rektoru dosent Aqil Şirinov da münasibətini bildirib. O da bu ideyanı dəstəklədiyini söyləyib:
“Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektorunun da qeyd etdiyi kimi, müasir dünyada ali təhsildə bir çox dəyişikliklər baş verir. Bu dəyişikliklər həm məzmun etibarı ilə, həm də forma etibarı ilə baş verən dəyişikliklərdir. Bütün bunları nəzərə alaraq, ali təhsilin inkişafında yeni konsepsiyanın hazırlanması, təhsilin inkişafında dünyanın aparıcı universitetlərinin təcrübəsindən faydalanmaq üçün belə komissiyaların yaradılmasına ehtiyac var. Hesab edirəm ki, yerində verilmiş təklifdir. Bu təklifi alqışlayıram”.
Tehsil-press.az