Televiziya ulduzu milyonlarla dollar oğurlamaqda ittiham olunur

Televiziya ulduzu milyonlarla dollar oğurlamaqda ittiham olunur Amerikanın “60 Days In” televiziya şousunun ulduzu Şerif Ceymi Noel milyonlarla dollar oğurlamaqda, həmçinin yüz minlərlə dolları məzuniyyət və plastik əməliyyatlara sərf etməkdə günahlandırılıb.

“The Independent” nəşrinin xəbərinə görə, Noel arvadı və qızı ilə birlikdə vergi ödəyicisinin beş milyon dollarını mənimsəyib.

Onlar bu məbləğin 300 min dollarından çoxunu səyahətə, 200 min dollarını qızlarının kollec təhsilinə, 25 min dollarını isə təyyarə almağa xərcləyiblər. Onların plastik əməliyyatlara, kosmetik məhsullara və geyimlərə də pul xərclədikləri qeyd edilir.

Bundan əlavə, teleulduzun dövlətin pulu ilə 100-dən çox dəbdəbəli avtomobil aldığı və şəxsi maraqları üçün satdığı iddia edilir.

Şerif ailəsi ittihamı rədd edib.

Onların işi 2024-cü ilin sonunda məhkəməyə gedəcək.//Lent.az

Tehsil-press.az

Oxşar xəbərlər