Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunan konfransda universitetin Elm və İnnovasiyalar üzrə prorektoru Elsevər Əsədov konfransın gənc tədqiqatçılar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb, eyni zamanda ali təhsil müəssisəsində gənc təqdiqatçıların inkişafı üçün yaradılan şəraitdən danışıb.
Qeyd edilib ki, ixtisaslı kadrların yetişməsində nəzəri biliklərin vacibliyi ilə yanaşı, aparılan təcrübələr, həyata keçirilən elmi-tədqiqat işləri əsas diqqət mərkəzində olan məsələlərdəndir.
Universitetin Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev “Elmi inkişaf: uğurlar və çağırışlar” mövzusunda çıxış edib. Qeyd edib ki, təhsil sahəsində aparılan islahatlar yeni düşüncəli və geniş dünyagörüşlü gənclərin hazırlanması məqsədlərinə yönəlib. Təhsilalanların tədqiqat aparması, yeni informasiya texnologiyalarından istifadə etməsi və xarici dilləri öyrənməsi üçün ali təhsil müəssisəsində geniş imkanlar yaradılıb.
Sonra Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalovun “Müasir elmi çağırışlar və perspektivlər”, Pedaqogika və psixologiya kafedrasının müdiri Taleh Xəlilovun “Elmi tədqiqatların aprobasiyasında beynəlxalq platformaların yaratdığı imkanlar” mövzularında çıxışları dinlənilib.
Sonda Toksikoloji kimya ixtisası üzrə magistr Zəhra Mahmudova, Azərbaycan dili ixtisası üzrə magistr Səkinə Məmmədzadə və Naxçıvan Müəllimlər İnstitutunun magistrantı Ülkər Məmmədova apardıqları tədqiqat işlərinə dair çıxışlar ediblər.
Qeyd edək ki, konfrans 6 ənənəvi, 1 onlayn olmaqla 7 bölmədə öz işini davam etdirib.
Tehsil-press.az