Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər

Qazaxıstanlı tələbələr ADNSU-da Elmi-tədqiqat təcrübəsi keçiblər Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Qazaxıstanın Satbayev adına Milli Elmi-tədqiqat Universiteti (Satbayev University) arasında imzalanmış Əməkdaşlıq memorandumuna əsasən, qazaxıstanlı tələbələr ADNSU-da iki həftəlik Elmi-tədqiqat təcrübəsi keçiblər.

Təcrübə müddətində - 2 həftə ərzində Satbayev adına Milli Elmi-tədqiqat Universitetinin (Satbayev University) 6 nəfər magistr tələbəsi əsasən ADNSU-nun Neft-mexanika (NMF), Geoloji kəşfiyyat (GKF) və İnformasiya texnologiyaları və idarəetmə (İTİF) fakültələrində keçirilən görüş və seminarlarda, tədqiqat laboratoriyalarda elmi təcrübərlərdə iştirak ediblər. Bunlardan əlavə, tələbələr ADNSU-nun Tarix muzeyində də olublar və burada universitetin tarixinə dair ətraflı məlumat alıblar. Qazaxıstanlı tələbələrin diqqətini çəkən digər mühüum yer isə ADNSU-nun zəngin mineral eksponatların toplandığı Mineralogiya muzeyi olub. Tələbələr, həmçinin təcrübə müddətində Azİİ e-Kitab Evi ilə tanış olub, dissertasiya mövzularına dair müvafiq materiallarla təmin ediliblər.

Təcrübənin sonunda qazaxıstanlı tələbələrə sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.

Tehsil-press.az

Oxşar xəbərlər