ADNSU TƏLƏBƏLƏRİ FIZIKA İNSTİTUTUNDA QONAQ OLUBLAR

ADNSU TƏLƏBƏLƏRİ FIZIKA İNSTİTUTUNDA QONAQ OLUBLAR Fizika İnstitutunda Azərbaycan Neft və Sənaye Universitetinin (ADNSU) Energetika fakültəsinin I kurs tələbələri qonaq olublar. Görüşün məqsədi tələbələrin fizika fənnini daha dərindən mənimsəməsi, burada quraşdırılan müasir avadanlıqlarla tanış olmaq olub. Fizika İnstitutunun alimləri qonaqlara elmi müəssisədə aparılan tədqiqatlar, laboratoriyaların elmi araşdırmalarda istifadə etdiyi metodikanın iş prinsipləri, aparılan elmi tədqiqatların istiqamətləri və elmi nəticələr haqqında ətraflı məlumat veriblər.

Tələbələrə Fizika İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru, dosent ADNSU-nun Fizika kafedrasının müəlliməsi Xuraman Əhmədova rəhbərlik edib.

Qeyd edək ki, tələbələr ADNSU-nun mühəndis fizikası ixtisası üzrə təhsil alan ilk ingilis dilli qrupudur.

Tehsil-press.az

Oxşar xəbərlər