Bakı Ali Neft Məktəbinin tələbəsi dünyanın nüfuzlu forumlarında iştirak edib

Bakı Ali Neft Məktəbinin tələbəsi dünyanın nüfuzlu forumlarında iştirak edib SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) Kimya mühəndisliyi ixtisasının IV kurs tələbəsi Aqşin Yusifzadə dünyanın nüfuzlu forumlarında iştirak edib. Dünya İqtisadi Forumu və İslam İnkişaf Bankının konfransına qatılan Aqşin Yusifzadə bir müddət əvvəl Səudiyyə Ərəbistanın Kral Abdullah Elm və Texnologiya Universitetində (KAUST) yerləşən “Aramco Araşdırma Mərkəzi”nin təcrübə proqramının qalibi olub. Aqşin Azərbaycandan bu proqramı qazanan yeganə tələbədir. O, üç ay müddətinə Qabaqcıl membranlar və məsaməli materiallar bölməsində tədqiqat köməkçisi olaraq qəbul edilib. Aqşin Yusifzadə Dünya İqtisadi Forumunda Malayziyanın Baş naziri Ənvər İbrahim, Səudiyyə Ərəbistanı Kral ailəsinin nümayəndələri, Fələstinin Baş naziri Məhəmməd Mustafa və Böyük Britaniyanın şahzadəsi Beatris ilə görüşüb. İslam İnkişaf Bankının konfransı çərçivəsində isə tələbəmiz Maldiv adalarının Maliyyə naziri Məhəmməd Şəfəq ilə, Malayziyanın Likvidlik şirkətinin rəhbərliyi ilə görüşüb. Azərbaycanın Səudiyyə Ərəbsitanındakı fövqəladə və səlahiyyətli səfiri Şahin Abdullayev Bakı Ali Neft Məktəbinin tələbəsi Aqşin Yusifzadəni bu beynəlxalq tədbirlərdə iştirakına görə təbrik edib.

Tehsil-press.az

Oxşar xəbərlər