“Pandemiya dövründə Operativ Qərərgahın müəyyənləşdirdiyi tələblərə insanların məsuliyyətlə yanaşmasını təmin etmək üçün cərimələr tətbiq olunmuşdu. Əgər o dövürdə cərimələr tətbiq olunmasaydı, müəyyən olunmuş məhdudiyyətlərə insanlar ciddi yanaşmazdı və pandemiyanın fəsadları böyük olacaqdı”.
Bunu millət vəkili Azər Badamov deyib. Millət vəkili qeyd edib ki, hökumətin zamanında atdığı addımları sayəsində ölkəmiz pandemiyadan az əziyyət çəkən ölkələrin arasında oldu:
“Bu gün isə artıq pandemiya yoxdur və demək olar ki, ölkə daxilində bütün məhdudiyyətlər aradan qaldırılıb. Amma pandemiya dövründə tətbiq olunmuş cərimələrin bir hissəsi hələ də ödənilməmiş qalmaqdadır. Bəzi ölkələrdə bu cərimələr ləğv olunur. Ölkəmizdə də belə bir addım atmaq olar. Çünki cəriməni vaxtında ödəyə bilməyənlər maddi vəziyyəti aşağı olan şəxslərdir. Əgər pandemiya tələblərinin pozulması ilə bağlı ödənilməmiş cərimələr silinərsə, bu, insanların sosial vəziyyətinin yaxşılaşmasına xidmət etmiş olar”./Metbuat.az
Tehsil-press.az