Naxçıvan Dövlət Universitetində 15 İyun- Milli Qurtuluş Günü qeyd edilib

Naxçıvan Dövlət Universitetində 15 İyun- Milli Qurtuluş Günü qeyd edilib Tədbir Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Arzu Abdullayev tarixə qızıl hərflərlə yazılan əlamətdar günün Ulu Öndər Heydər Əliyevin adı bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, 1997-ci ildən təqvimdə mühüm tarix kimi qeyd olunan bu gün Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb.

Vurğulanıb ki, Qarabağın taleyini həll edən 44 günlük Vətən müharibəsində mühüm rol oynayan diplomatik strategiyanın təməli də məhz Heydər Əliyevin hakimiyyət illərində qoyulub. Arzu Abdullayev diqqətə çatdırıb ki, Ulu Öndərin hakimiyyətə gəlişindən sonra ölkədə müstəqil dövlət təsisatları yaradıldı, demokratik prinsiplər bərqərar oldu, Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Bütün bunların fonunda muxtar respublikanın inkişafı istiqamətində əhəmiyyətli addımlar atıldı. Prorektor bayram münasibətilə gəncləri müstəqil dövlətin vətəndaşları olaraq hər kəsin üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyi tövsiyə edərək tədbir iştirakçılarını təbrik edib.

Ümumi tarix kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Emin Məmmədovun əlamətdar tarixi günlə əlaqədar çıxışı dinlənilib.

Yeni Azərbaycan Partiyasına üzv olmuş bir qrup tələbəyə partiya vəsiqələri təqdim olunub.

Sonda Ümummilli lider Heydər Əliyevə həsr olunan videoçarx nümayiş edilib.

Tehsil-press.az

Oxşar xəbərlər