Azərbaycan Dövlət Pedaqoji Universitetində apreli 22-də insident baş verib. Mühəndis pedoqoji və bədii qrafika fakültəsinin «Təsviri incəsənət, rəsmxətt və OTM» kafedrasının dosenti Saleh Ataxan oğlu Quliyevi (t.e.ü.e.d, dos) 2 qız tələbə, müəllimlərin və tələbələrin qarşısında döymüşdür. Mənbənin verdiyi məlumatı aydınlaşdırmaq üçün xəbəri öz sayıtımızda yerləşdirmək istəyirik. Ona görə ki, Saleh Quliyevlə bağlı dəfələrlə xoşagəlməyən hadisələr baş vermişdir. Hətta onun mühazirə zamanı öz tələbələrinə "intim lətifələr" danışdığı, etikadan kənar söhbət apardığı məlumatlar da yayılmışdır. Deyilənə görə dəfələrlə tələbələr Universitetin rektoru Yusif Məmmədova şikayət etmişlər. Lakin Saleh Quliyevin dediyine görə, Y.Məmmədov onun qonşusudur və bu məsələni heç vaxt müzakirə mənbəyi kimi qəbul etməyəcək, belə desək bütün olayları ört-basdır edəcəkdir. Ancaq iş o yerə çatmışdır ki, kafedranın 2-ci və 4-cü kurs tələbələri etiraz olaraq nümayişcəsinə rektorun qəbuluna getmişdilər.
Bu və bütün olaylarla bağlı biz mətbuat olaraq Universitetin rəhbərinə müraciət edəcəyik, məsələni aydınlaşdırdıqdan sonra oxuculara çatdıracayıq. Qarşı tərəfi də dinləməyə hazırıq.
20.04.2016
Redaksiyadan: cavab aldıq.
“Tehsil-press.az” saytının rəhbəri Əkbər Hüseynzadəyə
Hörmətli, Əkbər müəllim!
Yazıb diqqətinizə çatdırırıq ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xalimi, professor Yusif Məmmədovun 29.04.2016-cı il tarixli 1/257 nömrəli əmri ilə Ümumi texniki fənlər kafedrasının dosenti Quliyev Saleh Mirzəxan oğlu işdən azad edilmişdir.
Tehsil-press.az

ADPU-nun Mətbuat xidməti
Tehsil-press.az