BDU əməkdaşı Portuqaliyanın Lissabon Universitetində xərçəng əleyhinə tədqiqatlar aparacaq

BDU əməkdaşı Portuqaliyanın Lissabon Universitetində xərçəng əleyhinə tədqiqatlar aparacaq Bakı Dövlət Universitetinin (BDU) Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının müdiri, ICESCO-nun Biotibbi materiallar kafedrasının müəllimi Ələkbər Hüseynzadə 15 sentyabr- 15 oktyabr tarixlərində Portuqaliyanın Lissabon Universitetində tədqiqatlar aparacaq.

O, Lissabon Universitetinin professoru Armando J.L.Pombeiro, eləcə də hazırda həmin universitetdə uzunmüddətli ezamiyyədə olan BDU əməkdaşları Kamran Mahmudov və Ataş Qurbanovla dihidropirimidinlərin sintezi və tədqiqi üzrə birgə tədqiqatlar aparmaq üçün dəvət olunub.

Məlumdur ki, bioloji aktiv birləşmələrin nümayəndələri olan dihidropirimidinlər xərçəng, vərəm, göbələk əleyhinə, antibakterial, antiviral, ağrıkəsici, proliferativ, kalsium və kalium kanal blokatorları və s. kimi təsirlərə malikdir. Tədqiqatın ilk mərhələlərində aktivlik göstərən maddə sonradan müxtəlif amillərə görə dərmana çevrilmək şansını itirə bilər. Dihidropirimidinlərin əsasında monastrol, enastrol, fluorastrol, mon-97 (xərçəng əleyhinə fəaliyyət), batzelladin A və B (anti-HİV aktivliyi) kimi müxtəlif dərmanlar artıq sintez edilib və tibbdə geniş istifadə olunur. Qeyd olunan birləşmələrin sintezi mikrodalğalı reaktorda aparılacaq.

Tədqiqatın növbəti mərhələsində sintez olunan birləşmələrin xərçəng əleyhinə aktivliyi Türkiyənin Sivas Cümhuriyyət Universitetində yoxlanılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər