Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasının müdiri professor İbrahim Məmmədov, Üzvi kimya kafedrasının “Zərif üzvi sintez” elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçiləri Fərid Nağıyev və Rizvan Əskərovun həmmüəllifi olduqları “İzatiliden malononitrillər əsasında funksional əvəzlənmiş pirimidin və piran törəmələrinin sintezi və bioloji aktivliyi” adlı məqalə “Web of Science” elmmetrik bazasında Q2 kvartil kateqoriyalı jurnallar siyahısına daxil olan (IF: 2.307) “ChemistrySelect” jurnalında dərc olunub.
İşdə yeni sintez olunan maddələrin bir çox xəstəliklərin törədicisi olan enzimlərə qarşı inhibitor kimi xassələri tədqiq olunub. Dərmanların bir qrupu asetilxolinesteraz (AChE) inhibitorlarıdır ki, onlardan Altsheymer xəstəliyinə qarşı geniş istifadə edilir.
Tədqiqatlarda istifadə olunan pirimidin və piran törəmələrinin AchE, butirilxolinesteraz (BChE) və α-glükosidaz (AG) enzimlərinə qarşı yüksək inhibitor effekti göstərməsi müəyyən edilib. Araşdırmalarda istifadə olunan beş maddədən ikisinin (9 və 4a) anti-AchE, ikisinin (6 və 4b) anti-BchE, ikisinin (4a və 10) isə anti-AG effektləri aşkar olunub.
Beləliklə də sınaqdan keçirilən birləşmələrin dərman maddəsi kimi potensial tətbiqə malik olması müəyyən edilib.
Tehsil-press.az