Bakı Dövlət Universitetinin (BDU) alimləri göbələk əleyhinə yeni birləşmə yaradıblar.
BDU-nun sənaye kimyası, mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyalarının əməkdaşları Ələkbər Hüseynzadə, Ülviyyə Həsənova və Aygün İsrayılovanın birgə tədqiqat işində p-nitrobenzaldehid əsasında yeni dihidropirimidinlər sintez olunub və birləşmələrin quruluşları Nüvə Maqnit Rezonans (NMR), kütlə, SC-XRD, Hirşfeld səth və elemental analiz üsulları ilə tədqiq edilib. Tədqiqat zamanı molekulda qeyri-kovalent əlaqələrin mövcudluğu və onların kristal quruluşa təsiri müəyyən olunub. Müəyyənləşdirilib ki, sintez olunan birləşmələr qeyd edilən göbələk növlərinə qarşı aktivdir. Sintez edilən dihidropirimidinin biri məlum antibiotik flukonazol ilə müqayisədə göbələklərə qarşı daha effektivdir. Eksperimental tədqiqatlarla yanaşı, nəzəri tədqiqatlar da aparılıb.
“Metil 6-metil-4-(4-nitrofenil)-2-okso-1,2-dihidropirimidin-5-karboksilatın kristal quruluş, Hirşfeld səth analizi, in siliko və göbələk əleyhinə tədqiqatları” adlı tədqiqat işi haqqında məqalə “Crystals” jurnalında (İF=2.67, Q2) yer alıb.
Tehsil-press.az