Bu gün ölkədə dövlət orta ümumtəhsil məktəbləri ilə yanaşı, özəl orta təhsil müəssisələri də fəaliyyət göstərir.
Valideynlərin bir qismi öz övladlarının məhz özəl məktəblərdə təhsil almasına üstünlük verir. Həmin məktəblərdə isə ödəniş illik minimum 3 min manatdan başlayır, 7 min manata qədər yüksəlir. Daha məşhur özəl məktəblərin içərisində bəziləri bir il üçün 10 min manat tələb edir. Ancaq xarici özəl məktəblərdə hətta ayıq ödəniş 7 min manat da ola bilir. Maraq doğuran isə odur ki, həmin özəl təhsil müəssisələrinin şagirdləri də dövlət orta məktəblərinin şagirdləri kimi repetitor yanına hazırlığa gedirlər.
Əgər hər iki - həm dövlət, həm də özəl təhsil müəssisələrinin şagirdləri repetitor vasitəsilə təhsil alacaqsa, o zaman özəl müəssisələrə valideynlərin yüksək məbləğdə vəsait ödəməsinə ehtiyac varmı?
Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cebheinfo.az”-a bildirib ki, artıq ölkəmizdə repetitorluq ən yüksək mərhələyə çatib:
“Repetitorluq tamamilə leqallaşmalıdır, yəni tam qanun çərçivəsində olmalıdır. Çünki ali məktəbə qəbul olan tələbələrin demək olar ki, hamısı repetitor yanına gedir, yaxşı nəticə toplayırlar.
Ancaq repetitorluq o demək deyil ki, hər zaman yaxşı nəticə verir. Çünki imtahandan “kəsilən” abituriyentlər də repetitorun yanına gedənlərdir. Bu gün orta məktəbin sayəsində yüksək nəticə toplayıb ali məktəbə qəbul olmaq qeyri-mümkün olub.
Özəl təhsil müəssisələrinə gəldikdə isə əslində onlar repetitorluğun daha geniş formasıdır. Çünki özəl təhsil müəssisələri yalnız repetitorluq yox, həm də məktəbin funksiyasını özündə daşıyır”.
Ekspert “Repetirorluq varsa, özəl təhsil müəssisələri niyə var?” fikri ilə razılaşmır:
“Ancaq repetitor konkret qrup, istiqamət üzrə ona təhsil verir, imtahana düşən proqramı mənimsədir. Özəl təhsil müəssisələrinin missiyası ali məktəbə tələbə qəbul etdirmək olsa da, sadəcə məsələyə geniş formada yanaşır, müəyyən qədər orta məktəbin funksiyasını özündə birləşdirir. Bunu yüksək səviyyədə tələbəyə verir. Orta məktəbdən fərqli olaraq özəl məktəbin məsuliyyəti daha ciddi və daha böyükdür. Çünki o valideyndən yüksək məbləğdə ödəniş alır”.
Ekspert deyir ki, özəl məktəb repetitordan daha yaxşıdır:
“Repetitorluq pərakəndədir. Hər biri öz evində məşğul olur. Ancaq özəl məktəb həm repetitorun, həm orta məktəbin funksiyasını özündə daşıyır. Repetitorlara etiraz etmirik. Özəl məktəblərin qiyməti repetitorla müqayisə daha baha başa gəlir. Özəl məktəbdə konkret olaraq məktəbi seçə bilirsən, müəllimi seçə bilmirsən.
Repetitorda seçim azadlığı var. Yəni müxtəlif ərazilərə getməklə istədiyin repetitoru seç bilirsən. Özəl məktəb isə dərs demək üçün istədiyi müəllimi təyin edir”.
Tehsil-press.az