FİZİKA İNSTİTUTU İNSTİTUTDA ÇİNLİ ALİMLƏR QONAQ OLUBLAR

FİZİKA İNSTİTUTU  İNSTİTUTDA ÇİNLİ ALİMLƏR QONAQ OLUBLAR Fizika İnstitutunda Çin Xalq Respublikasının Honkonq Kore Akademiyasının nümayəndələri  qonaq olublar. Məqsəd iki ölkə arasında elmi əlaqələrin inkişafına dair fikir mübadiləsi aparmaq olub.

Görüşdə Honkonq Kore Akademiyasının İcra şurasının üzvü professor Li Lei, Baş katibliyin icraçı müavini professor Raymond J. Wu, Akademiyanın elmi əməkdaşları Feng Liu və Yan Zheng iştirak ediblər.

Tərəflər təmsil etdikləri qurumların fəaliyyəti, beynəlxalq əlaqələri, aparılan tədqiqatlar, əldə olunan ən son nəticələr haqqında qarşılıqlı məlumat veriblər. Akademik A.Həşimov elmi müəssisədə görülən fundamental işlərdən, həmçinin, laboratoriyalarda aparılan tədqiqat işlərindən bəhs edib.  O bildirib ki, Fizika İnstitutu dünyanın bir sıra aparıcı elmi müəssisələri ilə əməkdaşlıq edir, əldə olunan elmi nəticələr yüksək impakt faktorlu jurnallarda dərc olunur.Görüş çərçivəsində Fizika İnstitutunun əməkdaşı hazırda Çin Elektron Elm və Texnologiya Universitetinin Fizika Məktəbinin fizika ixtisası üzrə doktorant tələbəsi Ülkər Səmədova ilə video bağlantı yaradılıb. O, burada apardığı tədqiqat istiqamətləri haqqında qonaqlara ətraflı məlumat verib.

Görüşün sonunda çinli qonaqlar laboratoriyalar ilə tanış olublar, İnstitutun alimləri  quraşdırılan cihazlar, aparılan tədiqatlar, elmi nailiyyətlər haqqında qonaqlara ətraflı məlumat veriblər.

Tehsil-press.az

Oxşar xəbərlər