BDU Dünya Akademik Sammitində öz stendi ilə təmsil olunur

BDU Dünya Akademik Sammitində öz stendi ilə təmsil olunur Bakı Dövlət Universitetinin (BDU) rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti İngiltərənin Mançester şəhərində yerləşən Mançester Universitetində nüfuzlu “Times Higher Education” (THE) reytinq təşkilatının təşkil etdiyi Dünya Akademik Sammitində (World Academic Summit) iştirak edir. Adıçəkilən Sammitdə BDU öz stendi ilə təmsil olunur.

400-dən çox ali təhsil müəssisəsinin təmsil olunduğu tədbirdə iştirakın məqsədi dünyanın nüfuzlu universitetləri ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, BDU-nun beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi üçün onların təcrübəsinin öyrənilməsi, yeni birgə layihələrin müzakirəsi, elmi tədqiqat və beynəlmiləlləşmə istiqamətlərində təcrübə mübadiləsinin aparılmasıdır.

Tehsil-press.az

Oxşar xəbərlər