BDU “QS Ali Təhsil Zirvəsi: Avropa 2024” tədbirində təmsil olunur

BDU “QS Ali Təhsil Zirvəsi: Avropa 2024” tədbirində təmsil olunur Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti dünyada nüfuzlu reytinq təşkilatı olan “QS Quacquarelli Symonds” (QS) agentliyi tərəfindən İspaniya Krallığının Barselona şəhərində təşkil olunan “QS Ali Təhsil Zirvəsi: Avropa 2024” (“QS Higher Ed Summit: Europe 2024”) tədbirində iştirak edir.

Dünyanın ən nüfuzlu universitetlərinin rəhbərlərinin iştirak etdiyi tədbirdə əsas məqsəd Avropanın qabaqcıl ali təhsil müəssisələri arasında əlaqələrin güclənməsinə və təcrübə mübadiləsinə töhfə vermək, eyni zamanda perspektiv əməkdaşlıq əlaqələrinin müzakirə edilməsi üçün platforma yaratmaqdır.

Tehsil-press.az

Oxşar xəbərlər