"BDU-da cəmi 27 nəfər hüquq üzrə fəlsəfə doktoru çalışır, bu, çox azdır" - Deputat

Azərbaycanda hüquq üzrə cəmi yeddi fəlsəfə doktorunun yaşı 50-dən azdır.

Bunu Milli Məclisin bugünkü plenar iclasında Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanuna dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, həmin şəxslərin bundan sonra prokurorluq orqanlarında işləmək istəyəcəyi inandırıcı deyil:

"Elmi dərəcəsi olan şəxslər müsahibəsiz prokurorluq orqanlarına qəbul olunur. Amma onların sayı hədsiz azdır. 2023-cü ildə cəmi 99 nəfər fəlsəfə doktoru elmi dərəcə alıb. Hüquq sahəsində cəmi 4 nəfər dərəcə alıb. Bu dörd nəfər prokurorluq orqanlarında, yaxud digər güc strukturlarında işləmək istəyəcəkmi? Fəlsəfə doktoru adını alanlar daha çox filologiya, tarix, tibb, dəqiq elmlər və s. sahələrdədir. BDU-da cəmi 27 nəfər hüquq üzrə fəlsəfə doktoru çalışır, bu, çox azdır".

Parlament sədri Sahibə Qafarova da deputata haqq verdiyini vurğulayıb:

"Sözlərinizdə həqiqət var, amma qanun 1-2 il üçün yazılmır. Ömürlükdür və lazım olduqca dəyişikliklər aparılır".

Tehsil-press.az

Oxşar xəbərlər