
Xarici qonaqlarla yanaşı Azərbaycanın tanınmış ziyalılarının da iştirak etdiyi tədbir Britaniya poeziyasının şotlandəsilli klassik şairi Robert Börnsə həsr olunub.
Rektorun tədbirdə iştirakı səfirliyin dəvəti ilə baş tutub.
Tədbirdə rektor Səadət Əliyeva və filologiya elmləri doktoru, professor Şahin Xəlillinin “Robert Börns: şeir, nəğmə körpüsü və sözlə hörülmüş dünya” kitabının təqdimatı da olub.
Qlazqo Universitetinin professoru Naycel Liskin ön söz yazdığı kitabda şairin həyat və yaradıcılığına dair ədəbi esselər, onun şeir və nəğmələrinin bir qisminin orijinaldan tərcümələri, eləcə də dövlət xadimi, şair və yazıçıların Börns haqqında mühakimə və şərhləri təqdim edilir. Börns yaradıcılığı çərçivəsində Azərbaycan – Şotlandiya qarşılıqlı əlaqələrinə dair rəsmi sənəd, tarixi əsərlər və yaradıcılıq nümunələri diqqətə çatdırılır.
Qeyd edək ki, Robert Börnsün dünyaya gəldiyi tarix hər il dünyanın bir çox ölkəsində böyük təntənə ilə qeyd edilir.
Tehsil-press.az