Mingəçevir Dövlət Universitetində İqtisadi Tədqiqatlar Mərkəzinin növbəti iclası keçirilib

Mingəçevir Dövlət Universitetində İqtisadi Tədqiqatlar Mərkəzinin növbəti iclası keçirilib 3 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) İqtisadi Tədqiqatlar Mərkəzinin növbəti iclası baş tutub. İclas mərkəzin rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Məmmədli Vüqar Əhməd oğlunun rəhbərliyi ilə keçirilib.

Tədbirdə universitetin Elmi işlər üzrə prorektoru, Elm və innovasiyalar şöbəsinin müdiri, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, kafedra müdirləri və şura üzvləri iştirak ediblər. İclasda elmi-tədqiqat fəaliyyətinin təkmilləşdirilməsi, iqtisadi araşdırmaların aktual istiqamətləri və gələcək planlar müzakirə olunub. İştirakçılar müxtəlif mövzularda fikir mübadiləsi apararaq yeni təşəbbüslərlə çıxış ediblər.

İclasın sonunda iqtisadi tədqiqatların keyfiyyətinin artırılması və onların tətbiqi imkanlarının genişləndirilməsi ilə bağlı bir sıra qərarlar qəbul edilib.

Tehsil-press.az

Oxşar xəbərlər