Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Elm festivalı çərçivəsində “İqtisadiyyat və riyaziyyat elmləri: qarşılıqlı əlaqələrin təhlili” mövzusunda debat keçirilib.
Tədbirdə universitetin elm üzrə prorektoru professor Sakit Yaqubov iştirakçılara iqtisadiyyat və riyaziyyat elminin qarşılıqlı əlaqələrindən, riyaziyyatın iqtisad elmində tətbiqi zəruriliyindən və bunun əhəmiyyətindən danışıb.
Sonra İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun direktoru professor Yadulla Həsənli riyazi metodların tətbiqi haqda məlumat verib və riyazi üsulların iqtisadiyyatda tətbiqi imkanlarını açıqlayıb.
Kafedra müdiri professor Əlican Babayev isə riyaziyyatla iqtisadiyyatın qarşılıqlı əlaqələrinə və nəzəri problemlərə toxunub.
Müzakirələrdə kafedra müdirləri professor Natiq Əhmədov, professor İrşad Kərimli də çıxış edərək, riyaziyyatın fənn olaraq iqtisad elmləri üzrə olan ixtisaslara uyğun proqram əsasında tədris olunmasını təklif ediblər.
Tehsil-press.az