
Son on ildə bu ölkələrin iqtisadi artımı əhəmiyyətli dərəcədə yüksəlib.
M2015-ci ildə Türkiyənin ÜDM-i 918 milyard dollar olduğu halda, 2025-ci ildə bu rəqəm 1.5 trilyon dollara çataraq 59%-lik artım göstərib. Hindistan 2.4 trilyon dollardan 4.3 trilyon dollara yüksələrək 77%-lik iqtisadi böyümə əldə edib. Çin isə 11.2 trilyon dollardan 19.5 trilyon dollara yüksələrək 74%-lik artımla dünyanın ikinci ən böyük iqtisadiyyatı olub.
Türkiyənin sürətli inkişafı əsasən silah sənayesi, neft-qaz sektoru, tekstil, inşaat və avtomobil yan sənayesi ilə bağlıdır. Müdafiə sənayesində əldə edilən uğurlar, xüsusilə Bayraktar PUA-ları kimi texnoloji yeniliklər, ölkənin ixrac potensialını artırıb.
Hindistan və Çin isə texnologiya, istehsal və xidmət sektorlarında böyük inkişaf nümayiş etdirərək qlobal iqtisadiyyatda mövqelərini gücləndiriblər.
Ümumilikdə, 2025-ci il üçün proqnozlar göstərir ki, qlobal iqtisadi artım əsasən inkişaf etməkdə olan ölkələr tərəfindən yönləndiriləcək. /Modern.az
Tehsil-press.az