
Tədbirdə BDU-nun professor-müəllim heyəti, YAP Yasamal rayon təşkilatının nümayəndələri, fakültə tələbələri və partiyanın yeni üzvləri iştirak ediblər.
YAP Yasamal rayon “Z.Xəlilov küç. 33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, professor Zahid Cəfərov Ulu Öndər Heydər Əliyevin müasir, müstəqil Azərbaycanın qurulmasındakı misilsiz xidmətlərindən, dövlətçiliyin möhkəmləndirilməsi və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində apardığı siyasətdən danışıb. O qeyd edib ki, Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov çıxışında Ulu Öndər Heydər Əliyevin dövlət siyasətində gənclər, təhsil və elm istiqamətinin daim önəmli yer tutduğunu vurğulayıb. O bildirib ki, Ümummilli Liderin diqqət və qayğısı nəticəsində elmin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib, bu sahədə davamlı islahatlar həyata keçirilib.
Fakültənin Ümumi və tarixi geologiya kafedrasının müdiri, professor Nazim İmamverdiyev Ulu Öndərin hakimiyyətdə olduğu illərdə təbii ehtiyatların tədqiqi və onların qorunmasına yönəlik dövlət siyasəti barədə ətraflı məlumat verib. O, gənc geoloqların bu irsi dərindən mənimsəməsinin vacibliyini vurğulayıb. Professor Nazim İmamverdiyev öz tələbəlik illərini xatırlayaraq, o dövrdə də Ulu Öndərin gənclərə olan xüsusi diqqətinin, onların elmə və təhsilə yönləndirilməsində oynadığı rolun unudulmaz olduğunu vurğulayıb.
Sonra Ulu Öndərin zəngin dövlətçilik irsini əks etdirən videoçarx nümayiş etdirilib. Tədbirin sonunda YAP-a yeni qəbul olunmuş tələbələrə üzvlük vəsiqələri təqdim olunub.
Tehsil-press.az