Sərgidə Şərqi Zəngəzur və Qarabağ üzrə iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, turizm, xidmət və digər sahələrdə fəaliyyət göstərən qurumlar iştirak edəcək.
Sərginin məqsədi tələbə və məzunları Şərqi Zəngəzur və Qarabağ bölgəsində genişlənən yeni iş imkanları ilə tanış etmək, regionun bərpa və inkişaf prosesində gənclərin iştirakına dəstək olmaqdır.
Sərgi iştirakçıları Şərqi Zəngəzur və Qarabağ regionunda fəaliyyət göstərən işəgötürənlərlə birbaşa ünsiyyət quracaq, müxtəlif sahələr üzrə vakansiyalar, təcrübə və könüllülük proqramları, regionun inkişaf istiqamətləri ilə bağlı təqdimatlarla tanış olacaq, təlim və “workshop”larda iştirak edəcəklər.
Tarix: 20 noyabr 2025
Saat: 14:00-17:00
Məkan: Bakı Dövlət Universiteti, əsas tədris binası, III mərtəbə
Sərgidə iştirak üçün qeydiyyat linki:
Tehsil-press.az


