Mərkəzinin direktoru Muazzam Ali xan Xattaka ilə imzalanan memorandum Universitetin süni intellekt və kibertəhlükəsizlik sahələrində elmi-tədqiqat fəaliyyətlərini gücləndirməyi, innovativ layihələr həyata keçirməyi və mütəxəssislərin peşəkar inkişafını dəstəkləməyi nəzərdə tutur.
Memorandum çərçivəsində tərəflər rəqəmsal təhlükəsizlik, süni intellekt əsaslı idarəetmə sistemləri, məlumat təhlükəsizliyi və risklərin qiymətləndirilməsi sahələrində birgə layihələr həyata keçirəcək, seminar və təlim proqramları təşkil edəcək, həmçinin ortaq analitik və texnoloji platformalar quracaqlar.
Tehsil-press.az







