"Formula 1" pilotlarının sərbəst yürüşlərinin birinci sessiyası başladı

Bu gün Bakıda Avropa Qran Prisi çərçivəsində "Formula 1" pilotlarının sərbəst yürülşlərinin birinci sessiyası başlayıb.

Tehsil-press.az-ın məlumatına görə, sərbəst yürüşlərdə 11 komandadan 22 pilot təmsil olunub.
Qeyd edək ki, bu gün Bakıda "Formula 1" üzrə dünya çempionatının 8-ci - Avropa Qran Pri yarışlarına start verilib.
Hər biri iki pilotla təmsil olunan 11 komandanın birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir. Bakı Şəhər Halqasında dünyanın ən məşhur pilotları - Luis Hamilton, Fernando Alonso, Niko Rosberq, Sebastian Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Layihənin müəllifi bütün müasir "Formula 1" treklərinin memarı olan Herman Tilkedir.
Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Yarışın start və finiş xətti Azadlıq meydanında olacaq. Burada, həmçinin "Paddok klub", komandaların boksları və pit-leyn qurulub.


Tehsil-press.az

Oxşar xəbərlər