“Gənc yazarların poeziya gecəsi” və “Bölgələrdən səslər-3”ün təqdimatı

“Gənc yazarların poeziya gecəsi” və “Bölgələrdən səslər-3”ün təqdimatı Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Bölgələrdən səslər-3” layihəsinin yekunu olaraq gənc yazarların poeziya gecəsi təşkil edildi və nəşr edilmiş “Bölgələrdən səslər-3” antologiyası ictimaiyyətə təqdim edildi.
Bakı şəhəri Binəqədi rayonunda yerləşən Gənclər Evində baş tutan ədəbi-bədii tədbiri giriş sözü ilə açan DGTYB-nin Məsləhət Şurasının başqanı, Atatürk Mərkəzinin şöbə müdiri, layihə rəhbəri Əkbər Qoşalı layihənin məqsədi barədə danışdı. Bildirdi ki, ədəbi mühitimizdə yetişməkdə olan yeni imzalar və istedadlı qələm sahibləri məhz bu cür ədəbi-bədii tədirlərin və layihələrin sayəsində üzə çıxır və ictimaiyyətə təqdim edilir. O, bildirdi ki, sevindirici haldır ki,nəşr edilən toplunun üçüncü cildində də ölkəmizin müxtəlif bölgələrində yazıb-yaradan istedadlı gənc yazarların əsərləri yer alır və ümid etmək olar ki, onlar arasında çağdaş ədəbiyyatımızda gələcəkdə ədəbi istedadı ilə daha çox tanınan yazarlar yetişəcək.
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov ədəbi topluda yer alan gəncləri təbrik etdi və onlara öz tövsiyələrini verdi. O, gənc yazarlara yaradıcılıqlarında uğurlar arzuladı. Milli Məclisin deputatı Sona Əliyeva son illər dövlətin gənc şairlərə yaradılan dövlət qayğısına toxundu və bildirdi ki, bu sahədə görülən işlər, atılan addımlar çağdaş ədəbiyyatımızda istedadlı imzaların üzə çıxmasında, gənc yazarların daha da həvəsləndirilməsində mühüm amildir.
Kitabın redaktorlarından olan əməkdar jurnalist Azər Həsrət DGTYB-nin Azərbaycan ədəbiyyatı başda olmaqla, türk dünyası ədəbiyyatı adına gerçəkləşdirdiyi layihələrin hər zaman ədəbi ictimaiyyətdə maraq doğurduğunu dilə gətirdi. Bildirdi ki, bu cür toplular bölgələrimizdə yazıb-yaradan istedadlı yazarlarımızı tanımağımızda mühüm rol oynayacaq.
Tanınmış jurnalist və şair Elçin Mirzəbəyli, yazar Mahir Qabiloğlu və digər çıxış edənlər layihənin əhəmiyyəti barədə təəssüratlarını bölüşdülər və gənclərə uğurlar arzuladılar.
DGTYB üzvləri İntiqam Yaşar və Ülkər Pirinin aparıcısı olduğu tədbirdə topluda əsərləri yer alan gənc şairlər şeirlərini səsləndirdilər. Tanınmış bəstəkar Sevinc Tofiqqızının ifa etdiyi müxtəlif kompizisiyalar isə tamaşaçıları lirik ovqata köklədi. Sonda şeirləri fərqlənən gənclərə simvolik olaraq hədiyyələr təqdim edildi.
Şəfa Vəli (DGTYB üzvü, Gəncə), Tural Adışirin (DGTYB üzvü, Şəki), Əfsanə Ələsgəli (DGTYB Məclis üzvü), Nofəl Ümidin (DGTYB NTK başqanı) tərtib etdiyi “Bölgələrdən səslər-3”ün layihə rəhbəri (və baş redaktoru) Əkbər Qoşalı (DGTYB Məsləhət Şurasının başqanı), redaktorları: Əməkdar jurnalist Azər Həsrət, DGTYB Məsləhət Şurası üzvü Sərdar Şirvan, məsləhətçiləri: Azərbaycan Yazıçılar Birliyinin katibi (AYB) “525-ci qəzet”in baş redaktoru, şair-publisist Rəşad Məcid, AYB Gəncə filialının sədri, şair Xəzangül, “Ustad” jurnalının baş redaktoru Şəmil Sadiq, rəyçiləri: Sumqayıt Poeziya Evinin direktoru, şair İbrahim İlyaslı(Sumqayıt), yazıçı-publisist Müşfiq Xan, şair-publisist İlham İsmixanoğludur (Bərdə).
DGTYB indiyə kimi “Bölgələrdən səslər”in iki cildini nəşr edərək ədəbi ictimaiyyətə təqdim edib. Antologiyanın birinci cildi 2012-ci, ikinci cildi isə 2014-cü ildə gün üzü görüb. Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayıb-yaradan, gələcək vəd edən gənclərin ədəbi örnəklərini əhatə edən antologiyanın hər iki cildi ədəbi mühitdə maraqla qarşılanıb.

DGTYB-nin Mətbuat Xidməti


“Gənc yazarların poeziya gecəsi” və “Bölgələrdən səslər-3”ün təqdimatı

“Gənc yazarların poeziya gecəsi” və “Bölgələrdən səslər-3”ün təqdimatı

“Gənc yazarların poeziya gecəsi” və “Bölgələrdən səslər-3”ün təqdimatı

“Gənc yazarların poeziya gecəsi” və “Bölgələrdən səslər-3”ün təqdimatı

“Gənc yazarların poeziya gecəsi” və “Bölgələrdən səslər-3”ün təqdimatı

“Gənc yazarların poeziya gecəsi” və “Bölgələrdən səslər-3”ün təqdimatı

“Gənc yazarların poeziya gecəsi” və “Bölgələrdən səslər-3”ün təqdimatı

“Gənc yazarların poeziya gecəsi” və “Bölgələrdən səslər-3”ün təqdimatı

“Gənc yazarların poeziya gecəsi” və “Bölgələrdən səslər-3”ün təqdimatı

Oxşar xəbərlər