Qalereyada “Açıq qapı” günü keçirilib

Qalereyada “Açıq qapı” günü keçirilib Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında növbəti “Açıq qapı” günü keçirilib.
Qalereyanın dərnək rəhbərləri tərəfindən Novruz bayramı və yaz fəsli mövzusunda 24 ustad dərs keçirilib.
Dərnək üzvlərinə rəsm, dekorativ-tətbiqi fəaliyyət, applikasiya, konstruksiya, ebru, kuklalar, rəqəmsal təsvir, animasiyalar, robot texnikası ilə bağlı məlumat verilib.
Dərslərdə 4-17 yaş arasında, ümumilikdə 300-ə yaxın uşaq və gənc iştirak edib. Ustad dərslərində daha çox milli adət-ənələrimizi əks etdirən rəsm və əl işləri yer alıb. Uşaqlar milli geyimlərin forma, parça və naxışları ilə tanış olub, kəlağayının rəsmini çəkiblər. Həmçinin, kompüterdə mövzunu əhatə edən qrafik təsvirlər də yaradıblar.
Təsviri Sənət Qalereyasında robot-texnika ilə tanışlıq üçün ayrıca stend yaradılıb. Təqdim edilən “LEGO Robotlar” əyani şəkildə nümayiş olunub. Uşaqlar əlavə proqramlaşdırma bacarıqlarını da sınaqdan keçiriblər.
Tədbirdə Türkiyənin İstanbul və Mersin şəhərlərində keçirilən iki beynəlxalq müsabiqədə qalib gələn dərnək üzvlərinə Türkiyə tərəfindən göndərilən təşəkkürnamələr təqdim edilib.
“Açıq qapı” günlərinin keçirilməsi uşaq və gənclərin estetik zövqünün formalaşdırılması, onların asudə vaxtının səmərəli təşkili, incəsənətə, təsviri və dekorativ yaradıcılığa marağın artırılması və istedadlı uşaqların üzə çıxarılması məqsədini daşıyır.

Təhsil Nazirliyi
Onlayn xəbər abunə xidməti


Qalereyada “Açıq qapı” günü keçirilibQalereyada “Açıq qapı” günü keçirilibQalereyada “Açıq qapı” günü keçirilibQalereyada “Açıq qapı” günü keçirilib

Oxşar xəbərlər