İmre Kertesin məşhur romanı Azərbaycan dilində

İmre Kertesin məşhur romanı Azərbaycan dilində ARNK yanında Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli macar yazıçısı, Nobel mükafatı laureatı İmre Kertesin “Talesiz” kitabı işıq üzü görüb.
İkinci Dünya müharibəsi illərində Osvensim və Buhenvaldda yaşananları, dəhşətli düşərgə həyatını təsvir edən roman ilk dəfə 1975-ci ildə Macarıstanda nəşr edilib. Yalnız 1990-cı ildə alman dilinə tərcümə edildikdən sonra əsər Avropada geniş şöhrət qazanıb. 2002-ci ildə isə roman macar ədəbiyyatına ilk Nobeli qazandırıb.
“Talesiz”, yazıçının “Məğlubiyyət”, “Doğulmamış uşaq üçün kadiş” romanlarının da daxil edildiyi avtobioqrafik trilogiyasının birinci əsəridir və Azərbaycan dilində ilk dəfə işıq üzü görür.
Romanı dilimizə Mahir N. Qarayev və Güldəstə Nəsib tərcümə edib.

Tərcümə Mərkəzi

Oxşar xəbərlər