Xalıq Yahudov: Milli Qəhrəman Çingiz Qurbanovun igidliyi Azərbaycan gəncliyinə örnəkdir

Xalıq Yahudov: Milli Qəhrəman Çingiz Qurbanovun igidliyi Azərbaycan gəncliyinə örnəkdir Dekabrın 29-da Azərbaycan Texniki Universitetində (AzTU) bu ali məktəbin məzunu, Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsini anma mərasimi keçirilib.
Tədbirdə universitetin rəhbərliyi, ictimaiyyətin nümayəndələri, müəllim və tələbələr, eləcə də Çingizin qrup yoldaşları olan məzunlar iştirak ediblər.
Əvvəlcə Ç.Qurbanovun təhsil aldığı xüsusi texnika və texnologiya fakültəsində olan tədbir iştirakçıları burada Milli Qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi üçün yaradılan stendə baxıblar. Stenddə qəhrəmanın təhsil aldığı müddətdə çəkilən fotoşəkilləri, diplom işi, əlyazmaları əksini tapıb.
Sonra iştirakçılar xüsusi texnika və texnologiya fakültəsində Milli Qəhrəmanın adı verilən auditoriyada olublar.
AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər Muzeyində davam etdirilən tədbirdə iştirakçılar Ç.Qurbanovun barelyefi qarşısına gül dəstələri düzüb, onun xatirəsinə ehtiramlarını bildiriblər.
Universitetin rektoru vəzifəsini icra edən Xalıq Yahudov iştirakçılara Ç.Qurbanovun qəhrəmanlığı, eləcə də tələbəlik illərində ictimai fəallığı haqqında geniş məlumat verib. Vurğulanıb ki, Ç.Qurbanovun qəhrəmanlığı nəinki onun təhsil aldığı AzTU-nun tələbələrinə, eləcə də Azərbaycan gəncliyinə örnəkdir.
Qeyd edək ki, Milli Qəhrəman Ç.Qurbanov ötən il dekabrın 29-da Ermənistan-Azərbaycan dövlət sərhədini pozan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat əməlinin qarşısı alınan zaman qəhrəmancasına şəhid olub. Ermənilər beynəlxalq qanunlara, humanitar təşkilatların çağırışına məhəl qoymayaraq Ç.Qurbanovun nəşini Azərbaycana təhvil verməkdən boyun qaçırsalar da, təxminən bir ay davam edən gərgin danışıqlardan sonra Prezident, Ali Baş Komandan İlham Əliyev onun nəşinin geri alınmasına nail olub. Böyük xalq izdihamının müşayiəti ilə ölkəyə gətirilən şəhid rəsmi dövlət mərasimindən sonra doğulduğu Qusar rayonunda dəfn edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Ç.Qurbanova göstərdiyi rəşadətə görə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib. Həmçinin Qusar rayonunun mərkəzi küçələrindən biri və təhsil aldığı orta məktəb Milli Qəhrəman Ç.Qurbanovun adını daşıyır.

Hüseyn Şərifov


Xalıq Yahudov: Milli Qəhrəman Çingiz Qurbanovun igidliyi Azərbaycan gəncliyinə örnəkdirXalıq Yahudov: Milli Qəhrəman Çingiz Qurbanovun igidliyi Azərbaycan gəncliyinə örnəkdirXalıq Yahudov: Milli Qəhrəman Çingiz Qurbanovun igidliyi Azərbaycan gəncliyinə örnəkdirXalıq Yahudov: Milli Qəhrəman Çingiz Qurbanovun igidliyi Azərbaycan gəncliyinə örnəkdirXalıq Yahudov: Milli Qəhrəman Çingiz Qurbanovun igidliyi Azərbaycan gəncliyinə örnəkdirXalıq Yahudov: Milli Qəhrəman Çingiz Qurbanovun igidliyi Azərbaycan gəncliyinə örnəkdir

Oxşar xəbərlər