Azərbaycan Texniki Universitetində Milli Qəhrəmanın xatirəsi anılıb

Azərbaycan Texniki Universitetində Milli Qəhrəmanın xatirəsi anılıb Azərbaycan Texniki Universitetində (AzTU) Milli Qəhrəman, şəhid Çingiz Qurbanovun doğum günü ilə bağlı anım tədbiri keçirilib.
Əvvəlcə universitet rəhbərliyi, müəllimlər, tələbələr və bu ali təhsil ocağının məzunu, şəhid Elşad Əliyevin anası Flora Əliyeva Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun təhsil aldığı xüsusi texnika və texnologiya fakültəsində onun xatirəsinə yaradılan fotostendlə tanış olublar.
AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər Muzeyində davam etdirilən tədbirdə Çingiz Qurbanovun tələbəlik illərini xatırlayan müəllimlər onun vətənpərvər, fəal gənc olduğunu vurğulayıblar.
Qeyd edək ki, Çingiz Qurbanov 2016-cı ildə AzTU-nun xüsusi texnika və texnologiya fakültəsini bitirib. Elə həmin il hərbi xidmətə başlayan Çingiz Qurbanov Azərbaycan-Ermənistan dövlət sərhədində düşmənin kəşfiyyat-təxribat qrupunun qarşısını alarkən qəhrəmancasına həlak olub. Məkrli düşmən şəhidin nəşini verməkdən boyun qaçırsa da, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin gərgin səyləri nəticəsində Çingiz Qurbanovun nəşi geri qaytarılıb və ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

AzTU Mətbuat Xidməti


Azərbaycan Texniki Universitetində Milli Qəhrəmanın xatirəsi anılıbAzərbaycan Texniki Universitetində Milli Qəhrəmanın xatirəsi anılıbAzərbaycan Texniki Universitetində Milli Qəhrəmanın xatirəsi anılıb

Oxşar xəbərlər