Son illərdə vərəmə yoluxan uşaqların sayı artır. Bu, bizi çox narahat edir.
Bunu Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova “Qlobal çağırışlar və öhdəliklər: Azərbaycanda vərəmlə mübarizə” adlı dinləmələrdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, xəstələrin qeydiyyatdan kənarda qalmasında iki tərəf maraqlıdır: “Bunda həm ailə, həm də həkimlər maraqlı olur. Mən onlara dırnaq içində həkim deyirəm. Çünki onlar öz borclarını yerinə yetirmirlər, öz andlarını pozaraq o xəstələri düzgün müalicə etmirlər. Bu gün vərəm xəstələrinin müalicəsi ÜST-ün yeni protokolları əsasında aparılır. Xəstələrin müalicəsinin kor-koranə aparılması daha ciddi problemlər yaradır”.
H.Qədirova deyib ki, bu gün bütün dünyada vərəm xəstələrinin evlərdə müalicə edilməsinə üstünlük verilir: "Buna görə də onlara maliyyə dəstəyinin göstərilməsi lazımdır".
Təhsil-press.az