Bakı Dövlət Universitetinin əməkdaşı ən yaxşı rus dili və ədəbiyyatı müəllimi seçilib

Bakı Dövlət Universitetinin əməkdaşı ən yaxşı rus dili və ədəbiyyatı müəllimi seçilib Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova 2017-ci ilin ən yaxşı rus dili və ədəbiyyatı müəllimi seçilib.
Mərkəzin müdiri “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov tərəfindən diplomla mükafatlandırılıb.
A.Məmmədova Rus Mərkəzinin uğurlu fəaliyyətinə görə diplom və mükafatlara layiq görülüb.

Kəmalə Rəhimli

Oxşar xəbərlər