Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdi “II Testene Art-Baku” Beynəlxalq İncəsənət Festival müsabiqədə uğurla çıxış edib

Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdi “II Testene Art-Baku” Beynəlxalq İncəsənət Festival müsabiqədə uğurla çıxış edib 27-30 mart 2018-ci il tarixlərində Bakıda keçirilən “II Testene Art-Baku” Beynəlxalq İncəsənət Festival müsabiqə keçirilib.
Müsabiqədə Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbini fortepiano üzrə 2-ci sinif şagirdi Mədinə Həsənli (müəllimi İradə Bağırova) təmsil edib.
Müsabiqədə uğurla çıxış edən Mədinə Həsənli F.Əmirovun “Lirik rəqs”, D.Kabalevskinin “Klounlar”. A.Gedikenin “Bağda” əsərlərini ifa edib.
Azərbaycan, Rusiya, litva və İtalyalı mütəxəssislərin münsif olduqları festival-müsabiqədə Mədinə Həsənli kiçik yaş qrupu üzrə III dərəcəli diploma layiq görülüb.

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin
Mətbuat xidməti


Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdi “II Testene Art-Baku” Beynəlxalq İncəsənət Festival müsabiqədə uğurla çıxış edib

Oxşar xəbərlər