Bakı məktəblilərinin Ulu Öndərin anadan olmasının 95 illiyinə həsr edilən yaradıcılıq sərgisi açılacaq

Bakı məktəblilərinin Ulu Öndərin anadan olmasının 95 illiyinə həsr edilən yaradıcılıq sərgisi açılacaq Mayın 7-də Bakı şəhər məktəblilərinin ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasını 95 illik yubileyinə həsr edilən yaradıcılıq sərgisi keçiriləcək.
Bu qurumun tabeliyindəki 229 nömrəli tam orta məktəbdə keçirilməsi nəzərdə tutulan tədbirin əsas məqsədi yaradıcılığın müxtəlif sahələrində xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onlarda Vətənə məhəbbət, dostluq, milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərini aşılamaq, bədii-estetik zövqü, həmçinin yaradıcı düşüncəni inkişaf etdirməkdir.
Sərgidə istedadlı şagirdlərin təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, fauna, elmi texniki və dizayn sahələrindən ibarət əl işləri nümayiş olunacaq. Sərgidə, eyni zamanda, ümummilli lider Heydər Əliyevin həyat və ictimai-siyasi fəaliyyətini əks etdirən əl işlərindən ibarət təqdimatlara geniş yer veriləcək.

Hikmət Əliyev

Oxşar xəbərlər