ADNSU tələbələri “Imagine Cup-2018” innovasiya müsabiqəsinin qalibi olublar

ADNSU tələbələri “Imagine Cup-2018” innovasiya müsabiqəsinin qalibi olublar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Təhsil, Gənclər və İdman nazirlikləri, Əqli Mülkiyyət Agentliyi, “Microsoft Azərbaycan” şirkəti, “PAŞA Bank” və “Nar” mobil rabitə operatorunun dəstəyi ilə Azərbaycanda fevral ayında start götürən “Imagine Cup-2018” innovasiya müsabiqəsinin milli turunun qalibləri elan olunub.
Bu münasibətlə keçirilən tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə innovativ iqtisadiyyatın qurulmasında startap layihələrinin əhəmiyyətini diqqətə çatdırıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov tələbələrin “Imagine Cup” kimi nüfuzlu müsabiqədə iştirakının onlar üçün uğurlu karyeranın başlanğıcı olduğunu vurğulayıb.
Layihənin digər dəstəkçiləri də “Imagine Cup”u innovasiya sahəsində gənclərin gələcək inkişafına təkan verən bir müsabiqə kimi səciyyələndirib və universitetlərdə yaradılan biznes inkubatorların önəmindən danışıblar.
Sonra müsabiqədə ADNSU “eazi START” Startap və İnnovasiya Mərkəzinin “Garden X”, “Gi de Amigo” və “Kubi rub” layihələrinin təqdimatı keçirilib. ADNSU tələbələrinin layihələri münsiflər tərəfindən yüksək qiymətləndirilib və “Imagine Cup-2018” innovasiya müsabiqəsinin milli turunun qalibləri seçilib. Birinci yerə “Kubi rub”, ikinci yerə “Gi de Amigo”, üçüncü yerə isə “Garden X” layihələri layiq görülüb.
Tələbələrin innovativ ideyalarının dəstəklənməsinə görə təşəkkürünü bildirən ADNSU-nun rektoru, professor Mustafa Babanlı universitetdə fəaliyyət göstərən “eazi START” Startap və İnnovasiya Mərkəzinin bir çox layihələri olduğunu vurğulayıb. M.Babanlı startap məktəbini daha da genişləndirmək və daha çox tələbə cəlb etmək üçün magistr pilləsində xüsusi fənnin tədris olunmasının nəzərdə tutulduğunu söyləyib.
Qeyd edək ki, birinci və ikinci yeri tutan komandalar mayın 19-da Minskdə keçiriləcək MDB ölkələri üzrə regional finalda iştirak edəcək.

Hikmət Əliyev


ADNSU tələbələri “Imagine Cup-2018” innovasiya müsabiqəsinin qalibi olublarADNSU tələbələri “Imagine Cup-2018” innovasiya müsabiqəsinin qalibi olublarADNSU tələbələri “Imagine Cup-2018” innovasiya müsabiqəsinin qalibi olublarADNSU tələbələri “Imagine Cup-2018” innovasiya müsabiqəsinin qalibi olublar

Oxşar xəbərlər