Çexiyada azərbaycanlı alimlərin hazırladıqları diodların parametrləri yoxlanılıb

Çexiyada azərbaycanlı alimlərin hazırladıqları diodların parametrləri yoxlanılıb Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İşlər İdarəsi və Radiasiya Problemləri İnstitutunun (RPİ) gənc alimləri Çexiyada keçirilmiş seminarda məruzə ilə çıxış ediblər.
Tədbirdə Çexiyanın Texniki Universitetinin Eksperimental və Tətbiqi Fizika İnstitutunun əməkdaşlarına azərbaycanlı alimlər tərəfindən hazırlanmış silisium əsaslı fotoelektron gücləndiricilər və onların tətbiq sahələri haqqında geniş məzmunlu məlumat təqdim olunub.
Növbəti beş ildə MSFD diodların radiasiyaya davamlılığının tədqiqi, onların quruluşunun analizi və həmin diodlar üçün elektron modulların hazırlanması, beynəlxalq təcrübələrdə birgə iştirak haqqında razılığa gəlinib.
Tədbir çərçivəsində fizika üzrə fəlsəfə doktorları Fərid Əhmədov, Samir Süleymanov və Qadir Əhmədov Eksperimental və Tətbiqi Fizika İnstitutunun rəhbərliyi ilə görüşüblər.
Görüşdə 2018-2023-cü illərdə birgə görüləcək işlər müzakirə olunub. Həmçinin alimlərimiz tərəfindən hazırlanmış diodların bir sıra parametrləri tədqiq edilib və ssintilyatorla qeydetmə performansı yoxlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər