Türkiyənin İhsan Doğramacı Bilkənd Universitetinin bölgə ölkələri üzrə kurs proqramları direktorluğu türkologiyanın aktual məsələləri, o cümlədən Türkiyə türkcəsinin öyrədilməsi istiqamətində yay məktəbi təşkil edib.
Yay məktəbinə iki ölkənin – Azərbaycan və İraqın müxtəlif universitetlərinin və orta ümumtəhsil məktəblərinin müəllimləri, eləcə də ali məktəb tələbələri daxil olmaqla ümumilikdə 90 müdavim qatılıb. BDU-nu isə bu ali məktəbin “Türkoloji araşdırmalar” elmi-tədqiqat laboratoriyasının əməkdaşları və filologiya fakültəsinin tələbə elmi birliyinin üzvləri təmsil ediblər. İştirakçılara “Səs bilgisi”, “Türk xalq ədəbiyyatı”, “Əski türk ədəbiyyatı”, “Dil və mədəniyyət”, “Yaşayan türk dilləri”, “Yazılı və şifahi nitqdə normanın pozulma halları”, “Yeni türk ədəbiyyatı” üzrə dərslər tədris olunub. Dərsləri Türkiyənin tanınmış dilçi və ədəbiyyatşünas alimləri keçiblər.
Kursların başa çatmasına bir neçə gün qalmış bütün iştirakçılar test imtahanı veriblər. İmtahanın nəticəsinə görə, 50 sualdan 40-dan çoxuna düzgün cavab verməklə ən yüksək nəticəni BDU-nun təmsilçiləri əldə ediblər.
Sonda yüksək nəticə göstərmiş müdavimlərə sertifikatlar təqdim olunub.
Tehsil-press.az