
FIBAA ümumilikdə beş ixtisası təhlil edib. Bu ixtisaslardan bəziləri digər universitetlərlə əməkdaşlıq əsasında hazırlanıb. ADNSU-da ezamiyyətdə olduqları müddətdə ekspertlər tələbələrin ingilis dili səviyyəsindən də olduqca razı qalıblar. Yaxşı ingilis dili biliyi gələcək məzunlar üçün mühüm əhəmiyyət kəsb edir. Ekspertlər əmin olublar ki, tələbələr Azərbaycanda və ya ölkə xaricində gələcək karyeralarını qurmaq üçün burada təhsilllərini uğurla başa vurmaq istəyirlər. Universitet ekspertlərini və FIBAA-nın layihə menecerini Azərbaycanın mədəniyyəti ilə də tanış edib və bu çox yaxşı təəssürat bağışlayıb.
Hikmət Əliyev