Qərbi Kaspi Universitetinin kolleci tələbə qəbulu elan edir

Qərbi Kaspi Universitetinin kolleci tələbə qəbulu elan edir Qərbi Kaspi Universitetinin kolleci 2018/2019-cu tədris ili üçün 11 illik təhsil bazasında qəbul elan edir.
Bu ali məktəbdə dizayn, mühasibat uçotu, maliyyə işi, bank işi, vergi və vergitutma, kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti, avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı, poliqrafiya istehsalının texnologiyaları, yer quruluşu və torpaq müfəttişliyi, turizm və onun təşkili, ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə, sığorta işinin təşkili, marketinq, menecment ixtisasları üzrə qəbul aparılır.
Kollecdə dərslər müasir tələblərə cavab verən, ən yeni təlim və tədris avadanlığı ilə təchiz edilmiş, ixtisaslaşdırılmış fənn kabinetləri və laboratoriyalarda keçiriləcək. Dərslər Qərbi Kaspi Universitetinin müəllim heyəti, yüksək peşəkarlıq səviyyəsi və zəngin təcrübəyə sahib olan mütəxəssislər tərəfindən aparılacaq.
Kolleci əla qiymətlərlə bitirən məzunlar Qərbi Kaspi Universitetində ixtisasları üzrə təhsillərini davam etdirdikdə müəyyən imtiyazlar əldə edəcəklər. Qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə təhsil haqqının ödənişində 10 faiz güzəşt olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər