Məşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-nun qonağı olub

Məşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-nun qonağı olub Sentyabrın 24-də məşhur rus yazıçısı, şair, dramaturq, kinossenarist və ictimai xadim Yuri Polyakov Azərbaycan Dillər Universitetinin (ADU) qonağı olub.
ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla bildirib ki, Yuri Polyakovu universitetdə görməkdən məmnundur: “Azərbaycan Dillər Universitetinin müəllimləri və tələbələri yazıçı ilə bu görüşü çoxdan gözləyirdi. Dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan “Sinif yoldaşları” tamaşasının premyerası yüksək səviyyədə baş tutdu. Bu tamaşanın ərsəyə gəlməsində əməyi olmuş hər kəsə təşəkkür edirik. Qonağımızı növbəti uğuru münasibətilə təbrik etmək istəyirəm”.
Rektor Kamal Abdulla dramaturqun yaradıcılığına aid olan əsərlərin əsasında digər teatr səhnələrində də tamaşalar nümayiş olunduğunu bildirib. Təhsil ocağının rəhbəri bir çox şəxslərin öz elmi fəaliyyətində Y.Polyakovun yaradıcılığından yararlandıqlarını deyib.
Yazıçı-dramaturq Yuri Polyakov ADU-da olmaqdan və fikirlərini bölüşməkdən məmnun olduğunu söyləyib. O, Azərbaycan Milli Dram Teatrında səhnəyə qoyulan tamaşa haqqında təəssüratlarını bölüşüb. Yazıçı əsərin ərsəyə gəlməsindən, həmçinin digər ədəbi proseslərdən bəhs edib. O, eyni zamanda Rusiya ədəbiyyatçıları, onları narahat edən məsələlər, bu sahədə yaranan çətinliklər haqqında danışıb. Y.Polyakov Rusiya ədəbiyyatındakı, tərcümə ədəbiyyatında nəzərə çarpan məqamlar haqqında da fikirlərini bölüşüb.
Y.Polyakovun “Sinif yoldaşları” pyesini Azərbaycan dilinə tərcümə edən Etimad Başkeçid əsər haqqında fikirlərini bildirib və tərcümə prosesindən söz açıb.
Görüşdə yazıçı müəllifi olduğu kitabları Azərbaycan Dillər Universitetinə hədiyyə edib. Daha sonra qonaq dəyirmi masa iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Rusiyanın “Dostluq”, “Şərəf”, “Vətən qarşısında xidmətlərinə görə” IV dərəcəli ordenlərinə layiq görülmüş Yuri Polyakov “Literaturnaya qazeta”nın redaksiya şurasının sədri, Rusiya Yazıçılar İttifaqının üzvü, RF Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri, Rusiya Dramaturqlar Gildiyasının sədridir. Onun çoxsaylı romanları, povest və pyesləri oxucular arasında böyük uğur qazanıb, bu əsərlər əsasında filmlər və seriallar çəkilib, tamaşalar hazırlanıb.

ADU-nun Mətbuat Xidməti


Məşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-nun qonağı olubMəşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-nun qonağı olubMəşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-nun qonağı olubMəşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-nun qonağı olubMəşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-nun qonağı olubMəşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-nun qonağı olubMəşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-nun qonağı olubMəşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-nun qonağı olubMəşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-nun qonağı olubMəşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-nun qonağı olubMəşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-nun qonağı olub

Oxşar xəbərlər