BDU-nun təsis etdiyi iki beynəlxalq elmi jurnalın ilk nömrələri çapdan çıxıb

BDU-nun təsis etdiyi iki beynəlxalq elmi jurnalın ilk nömrələri çapdan çıxıb Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmovun baş redaktoru olduğu “New Materials, Compounds and Applications” (“Yeni materiallar, birləşmələr və tətbiqləri”) və “Low Dimensional Systems” (Kiçik ölçülü sistemlər”) jurnallarının ilk nömrələri çapdan çıxıb.
“Low Dimensional Systems” jurnalı BDU, “New Materials, Compounds and Applications” jurnalı isə BDU və “Jomard Publishing” nəşriyyatı tərəfindən təsis edilib. Bu jurnalların mövzusu təsadüfi seçilməyib və Azərbaycanda ənənəvi elmi məktəblərə, tanınmış alimləri olan elm sahələrinə həsr edilib. Təsisçilərin məqsədi Azərbaycan alimlərinin bu sahələrdə əldə etdikləri nəticələri dünya elmi mühitinə operativ çatdırmaq və dünya alimlərinin yeni innovativ elmi nəticələrini bu jurnallarda dərc etməklə onların sənaye və iqtisadiyyatımızın aktual sahələrində tətbiqinə nail olmaqdır. Hər iki jurnalın redaksiya heyəti dünyanın 15-dən artıq ölkəsini təmsil edən tanınmış alimlərindən təşkil olunub. İlk nömrələrdə Abel Məhərrəmov, Hirotaka İhara (Yaponiya), S.I.Şah (ABŞ), Armando Pombeiro (Portuqaliya), Elina Yanovska (Ukrayna), Dariusz Sternik (Polşa), K.Kordas (Finlandiya) kimi dünyanın ən yüksək reytinqli mütəxəssislərinin yeni materiallar, birləşmələr və onların tətbiqləri, kiçik ölçülü sistemlərin aktual problemlərinə həsr olunan rəyləşdirilmiş məqalələri dərc edilib. Hər iki jurnalın ilk nömrəsi BDU-nun 100 illik yubileyinə həsr olunub. Redaksiya heyətinin tərkibi, çap edilmiş məqalələrin coğrafiyası və elmi səviyyəsi jurnalların tezliklə dünya elmi mühiti tərəfindən qəbul ediləcəyinə və elmi indekslə bazalarına daxil olacağına əsas verir.

Hüseyn Şərifov


BDU-nun təsis etdiyi iki beynəlxalq elmi jurnalın ilk nömrələri çapdan çıxıbBDU-nun təsis etdiyi iki beynəlxalq elmi jurnalın ilk nömrələri çapdan çıxıb

Oxşar xəbərlər