ADU-da alman dili müəllimlərinin görüşü keçirilib

ADU-da alman dili müəllimlərinin görüşü keçirilib Azərbaycan Dillər Universitetində (ADU) alman dili müəllimlərinin görüşü keçirilib. Azərbaycanda Alman dili Müəllimlər Birliyinin yaradılması ilə əlaqədar baş tutan görüşdə, birliyinin idarə heyətinin sədri, ADU-nun dosenti Lətifə Qurbanova tədbir iştirakçılarını salamlayaraq onlara ADU-nun rektoru akademik Kamal Abdullatəbriklərini çatdırıb. Daha sonra Birliyin sədri Lətifə Qurbanova Birliyin İdarə heyətini – İdarə heyətinin sədr müavini-Azərbaycanda alman dili tədris mərkəzinin rəhbəri Zəhra Alıyeva, Birliyin katibi- Alman dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, dosent Qahirə Axundova, Birliyin üzvü-Bakı Slavyan universitetinin Alman filologiyası kafedrasının müdiri, dosent Sevinc Rzayeva, Birliyin üzvü -“YFU-Azərbaycan” şagird mübadiləsi proqramının rəhbəri Mina Rzayeva və Birliyin üzvü-Bakı Oksford məktəbinin alman dili müəlliməsi Tamilla Məmmədovanı görüş iştirakçılarına təqdim edib.
Görüşdə Göte İnstitutunun tədris məsələləri üzrə eksperti Ayke Pokrandt “Azərbaycanda Göte İnstitutunun fəaliyyətinə dair”, Zəhra Alıyeva Alman dili tədrisi Mərkəzinin fəaliyyətinə dair, Mina Rzayeva “YFU-Azərbaycan” şagird mübadiləsi proqramının fəaliyyətinə dair və Lətifə Qurbanova Azərbaycan Alman dili Müəllimləri Birliyinin fəaliyyətinə dair çıxış ediblər.
Çıxışlarda Azərbaycanda ali və orta ümumtəhsil məktəblərində alman dilinin tədrisi vəziyyəti və müəllimlərin ümumi problemləri təhlil edilib, bu problemlərin həlli və tədrisin vəziyyətinin yaxşılaşdırılması üçün ən vacib addımlar müəyyən olunub.
Alman dili və alman dili müəllimliyi peşəsi üçün birləşmək məqsədi ilə yaradılan Birlik bütün alman dili müəllimlərini Birliyə üzv olmağa dəvət edib.

ADU-nun Mətbuat Xidməti


ADU-da alman dili müəllimlərinin görüşü keçirilibADU-da alman dili müəllimlərinin görüşü keçirilibADU-da alman dili müəllimlərinin görüşü keçirilibADU-da alman dili müəllimlərinin görüşü keçirilibADU-da alman dili müəllimlərinin görüşü keçirilibADU-da alman dili müəllimlərinin görüşü keçirilibADU-da alman dili müəllimlərinin görüşü keçirilibADU-da alman dili müəllimlərinin görüşü keçirilibADU-da alman dili müəllimlərinin görüşü keçirilib

Oxşar xəbərlər