“N” saylı hərbi hissədə 26 İyun Silahlı Qüvvələr günü münasibətilə tədbir keçirilib

“N” saylı hərbi hissədə 26 İyun Silahlı Qüvvələr günü münasibətilə tədbir keçirilib Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində 26 İyun Silahlı Qüvvələr günü münasibətilə silsilə tədbirlər davam edib.
28 May mədəniyyət evi Corat qəsəbə mədəniyyət evi ilə birgə “N” saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib. Konsertdə “Nərgiz” instrumental ansamblının ifasında instrumental musiqilər, gənc solistlər Mehman Əhmədov, İlahə Hüseynova və digərlərinin ifasında xalq və bəstəkar mahnıları dinlənilib.
Tədbirin sonunda hər iki mədəniyyət evi Hərbi hissənin komandanlığı tərəfindən fəxri fərmanla təltif olunub.
Şəhər Mədəniyyət Evinin kollektivi bayram münasibətilə bir sıra hərbi hissələrdə konsert proqramı ilə çıxış edib.
Konsertlərdə “Xəyal” instrumental ansamblının ifasında instrumental musiqilər, müğənnilər Allahverdi Xəyal, Ülviyyə Quliyeva, Fidan Nağıyeva, Zaur Yusifli, Sevda Akkaya, ilkin Əlizadənin ifasında bəstəkar və xalq mahnıları, söz xridarları Namiq Məna, Ədalət Dağlının ifasında vətənprvərlik ruhunda meyxanalar, aşıq Mübariz Gəncəlinin ifasında saz havaları maraqla dinlənilib.
Təşkil olunan konsert proqramları əsgər və zabit heyəti tərəfindən alqışlarla qarşılanıb.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
Mətbuat xidməti

Oxşar xəbərlər