Sumqayıtda “Payız bayramı” keçirilib

Sumqayıtda “Payız bayramı” keçirilib Sumqayıt Regional Mədəniyyət idarəsinin təşəbbüsü ilə Sumqayıt şəhər Nizami Gəncəvi adına Kitabxana Klubda payız fəslinə həsr olunmuş “Uşaqların Payız sevinci- Payız bayramı” adlı ədəbi-bədii gecə keçirilib.
Kitabxananın əməkdaşı Səadət Allahverdiyeva gecəni açaraq tədbir haqqında iştirakçılara geniş məlumat verib.
Sonra söz oxuculara verilib. 28 saylı məktəbin 1ç sinif şagirdləri payız fəslinə həsr olunmuş şeirlərdən nümunələr söyləyib, 64 saylı “Novruzgülü” uşaq bağçasının balaca fidanları “Çətir”rəqsini, “Meşənin payız nağılı” səhnəciyini, şeir, mahnı töhfələrini tədbir iştirakçılarına nümayiş etdiriblər.
Daha sonra AYB-nın Sumqayıt bölməsinin sədri, şairə Gülnarə Cəmaləddin, Kitabxana Klubun müdiri Zərnigar Babayeva uşaqları “Payız bayramı” münasibəti ilə təbrik edərək xoş arzularını çatdırıblar.
Sonda Səadət Allahverdiyeva mövzu ilə bağlı təşkil olmuş sərgi haqqında tədbir iştirakçılarına məlumat verib.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti


Sumqayıtda “Payız bayramı” keçirilibSumqayıtda “Payız bayramı” keçirilibSumqayıtda “Payız bayramı” keçirilibSumqayıtda “Payız bayramı” keçirilibSumqayıtda “Payız bayramı” keçirilib

Oxşar xəbərlər